Previous Next
Bağla

Bakıda Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib

27-11-2026 13:29
Bakıda Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib

Bakıda Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası keçirilib.

Xeberler.az bildirir ki, iclasda Azərbaycan və Aİ arasında nəqliyyat sahəsində əməkdaşlığın prioritet istiqamətləri, regional nəqliyyat bağlantılarının inkişafı, infrastruktur layihələri müzakirə olunub.

Dialoq zamanı Orta Dəhlizin inkişafı üzrə Aİ-nin maliyyə və investisiya alətlərindən istifadə imkanları, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafına qurumun mümkün dəstəyi, Zəngəzur dəhlizinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinə (TEN-T) daxil edilməsi, Avropa logistika şirkətlərinin Orta Dəhlizdən istifadəsinin təşviqi məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, bu dialoq tərəflər arasında münasibətlərdə yaranmış müsbət dinamikanı davam etdirmək və nəqliyyat sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni perspektivlər açır. Əldə olunmuş irəliləyişi nəzərdən keçirmək, ortaq prioritetləri bir daha təsdiqləmək və konkret növbəti addımları müəyyən etmək baxımından belə müzakirələr əlavə imkan yaradır.

Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun (DG MOVE) rəhbəri Maqda Kopçinska qeyd edib ki, ötən il Brüsseldə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşdən sonra əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə inkişaf edib. Regional bağlantılar, rəqəmsallaşma və aviasiya sahələri birgə fəaliyyətin genişləndirilməsi üçün ortaq maraqların olduğu əsas istiqamətlərdir.

Dialoq zamanı tərəflər Orta Dəhlizin inkişafına dəstək məqsədilə Aİ- Azərbaycan nəqliyyat əməkdaşlığının dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Növbəti mərhələdə müzakirə olunan məsələlər üzrə fikir mübadiləsini intensivləşdirmək barədə razılığa gəliblər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019
Rəşad Nəbiyev Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun iclasında iştirak edib

Rəşad Nəbiyev Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun iclasında iştirak edib

10-10-2025
Nazir Avropa Komissiyasının baş direktoru ilə görüşüb

Nazir Avropa Komissiyasının baş direktoru ilə görüşüb

29-01-2026
Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

01-12-2022
Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

Rəşad Nəbiyev Aİ-nin Genişlənmə üzrə komissarı ilə görüşüb

10-10-2025
Nazir Rəşad Nəbiyev Çexiyanın nəqliyyat naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Çexiyanın nəqliyyat naziri ilə görüşüb

13-10-2026
Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

19-02-2019
Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026
Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Rəşad Nəbiyev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

16-09-2026
Nazir Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb

Nazir Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini ilə görüşüb

05-08-2026
Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri ilə videokonfrans formatında görüşüb

19-01-2022
Nazir Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib

Nazir Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak edib

04-11-2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər

Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər

07-10-2026
Nazir Rəşad Nəbiyev ABŞ nümayəndə heyəti ilə görüşüb

Nazir Rəşad Nəbiyev ABŞ nümayəndə heyəti ilə görüşüb

02-06-2026
Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Çinin nəqliyyat naziri ilə görüşüb

24-09-2024
Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

Nazir ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi ilə görüşüb

09-12-2025
Rəşad Nəbiyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Rəşad Nəbiyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

29-07-2026
Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Baş katibi ilə görüşüb

24-10-2025
Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

Rəşad Nəbiyev Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüşüb

15-04-2026
Almatıda Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib

Almatıda Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib

24-06-2026
Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının baş siyasət direktorunu qəbul edib

Rəşad Nəbiyev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının baş siyasət direktorunu qəbul edib

20-10-2026
Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə  görüşüb

Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

04-10-2024
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

02-06-2026
Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

Nazir müavini Beynəlxalq Nəqliyyat Forumunda iştirak edib

25-04-2026



Mediatrends



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə