Previous Next
Bağla

Ekspert: "Qədim millət" indi də "texnoloji millət" şüarını irəli sürmək istəyir"

28-07-2021 17:47
Ekspert: "Qədim millət" indi də "texnoloji millət" şüarını irəli sürmək istəyir"
"Erməni startapları yüz milyonlarla investisiya cəlb edə bilib. "Qədim millət" indi də "texnoloji millət" şüarını irəli sürmək istəyir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Ermənilərin Krisp startapının qurucusu David Baqdasaryan bildirib ki, ötən bir il ərzində erməni startapları 69 milyon $ investisiya cəlb ediblər.
Məsələn, Krisp - 14 mln $., CoinStats - 1,2 mln .$, Scylla AI - 3,7 mln. $, 10Web - 2 mln.$, InSpace - 6 mln.$, SuperAnnotate - 14,5 mln.$, SoloLearn - 24 mln.$
Təsisçiləri erməni olan, Ermənistanla sıx bağlılığı olan və xaricdə yerləşən ServiceTitan startapı 700 mln.$, CodeSignal startapı 25 mln.$, Disqo startapı isə 13,5 mln.$ investisiya cəlb edə biliblər.
 
Eyni zamanda son zamanlar diqqətimi cəlb edib ki, erməni təsisçisi olan startaplar, Aarki 150 mln. $ və Epic! 500 mln.$-a satılıb. Baqdasaryan texnoloji bir millət formalaşdrımaqdan başqa yollarının qalmadığını bildirib.
 
Beləliklə, belə görünür ki, ermənilər artıq “qədim millət” şüarından imtina edib, “texnoloji millət” statusu qazanmaq niyyətindədirlər. Qeyd edim ki, yuxarıda sadalanan məbləğlər Ermənistan üçün çox böyük rəqəmlərdi.
 
Hiss olunur ki, erməni diasporası, erməni investorları məğlub ölkənin çıxış yolu olaraq texnologiyaları və innovasiyaları önə çəkirlər".
 
Osman Gündüzbildirib ki, ölkəmizdə startap və innovasiya ekosisteminə cavabdeh olan NRYTN, VXSİ Dövlət Agentliyi, KOBİA və digər qurumların da bu rəqəmlərdən xəbərləri olduğuna ümid edir.
 
"Bu gedişlə proqnozlaşdırmaq da olar ki, yaxın illərdə Ermənsitan büdcəsi ekosistemdən gələn gəlirlər hesabına böyük vəsaitlər əldə edə biləcək.
 
İnnovasiya Agentliyimizin adını cavabdeh qurum olaraq ona görə qeyd etmirəm ki, belə görürəm ki, səlahiyyətli yuxarı qurumlar üçün də bu Agentlik artıq “yoxdur” kimi bir şeydir .
 
Ötən günlərdə NRYTN -in startaplarla görüşündə bu qurumdan ümumiyyətlə heç kim iştirak etmirdi. 2-3 il ərzində öz fəaliyyətini qura bilməmək çox təəssüfləndirici bir haldır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Yahoo!”nun gəlirləri iki dəfə artıb

21-10-2010

Çində 300 mln. internet istifadəçisi var

15-01-2009

Facebook-un məşhurluğu MySpace-dən təxminən iki dəfə çoxdur

24-01-2009

MySpace və Facebook gözləniləndən az gəlir əldə ediblər.

27-12-2008

Azərbaycanda nağdsız ödənişlərin həcmi azalıb

10-08-2017

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

31-01-2022

Azərbaycanda Kiçik və Orta Sahibkarlıq Agentliyi yaradılacaq

23-12-2016

Azərbaycan internet istifadəçilərinin sayına görə Ermənistanı 18 dəfə üstələyir

29-07-2010

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019

Teleradio İstehsalat Birliyinin xalis zərəri 10 dəfəyə yaxın azalıb

03-07-2018

Azərbaycan İKT avadanlıqlarının idxalını artırır

04-09-2019

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017

Mobil operatorların gəlirləri azalıb

14-07-2016

Müavinətlər üzrə 197 mln. manat, təqaüdlər üzrə 132 mln. manat ödənilib

18-04-2022

İnternet resurslarının reklam gəlirləri artıb

25-07-2019

Elektron ticarət əməliyyatlarının həcmi 20 mlrd. manatdan çox artıb

29-02-2024

Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

12-05-2020

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017

5 milyon manatılıq elektron ticarət dövriyyəsi olub

22-05-2024

May ayında Azərbaycanın peyk xidmətlərindən gəlirləri kəskin azalıb

01-07-2021

"Azərkosmos" bu il təqribən 22 mln. dollarlıq xidmət ixrac edib

30-11-2022

Azərpoçt-un mənfəəti kəskin azalıb

27-12-2018

Facebook-un qeydiyyat sayı 120 mln. oldu

06-11-2008

İnternet saytların sayı 182 mln-u keçib

30-10-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə