“Elektron Hökumət” portalının rəsmi mobil versiyası varmı ?

20-05-2015 / 10:45

“Google Play” və “App Store” onlayn mağazalarında axtarış verdikdə görmək olar  ki, bu ilin əvvəlində “Elektron hökumət”  portalının  mobil tətbiqləri hazırlanıb. Tətbiqin həm Android, həm də İOS üçün versiyaları mövcuddur və adı çəkilən onlayn app mağazalarında yerləşdirilib.

Mobil tətbiqə daxil olduqda, proqramın Data Processing Center (RYTN-nin  Məlumat Hesablama Mərkəzi) tərəfindən hazırlandığı bildirilir və əlaqə vasitəsi olaraq da bu qurumun elektron ünvanı qeyd edilib.


 Proqramın məlumat hissəsindən  görünür ki, tətbiq 13 yanvar 2015-ci ildə yenilənib. Qeyd edək ki, tətbiqi indiyədək 500 istifadəçi yükləyib. 

İlk baxışda kifayət qədər səliqəli və ciddi bir resurs təsiri bağışlayır.

Lakin bu tətbiqlərdən istifadə edərkən məlum olur ki, əslində yetkin, tam hazır bir vəziyyətdə deyil. Belə ki, mobil tətbiqdəki imkanların heç də hamısı tam rejimdə fəaliyyət göstərmir. Belə demək mümkünsə - Beta versiyadır.

Hər iki əməliyyat sistemi üçün nəzərdə tutulan mobil tətbiqdə  hələlik qeydiyyat rejimi də aktiv deyil. Odur ki, hazırda veb mühitdə olan  portaldakı qeydiyyat tələb olunan xidmətləri mobil versiya üzərindən əldə etmək mümkünsüzdür.

Tətbiqin şərh hissəsində qeyd olunur ki, mobil tətbiqin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaqdır.

Güman ki, “Elektron hökumət” portalının mobil versiyası hələlik test mərhələsindədir. Ümid edirik ki,ən qısa müddətdə vətəndaşlar elektron xidmətləri tam formada mobil tətbiq vasitəsilə də əldə edə biləcəklər.

Daha bir diqqət çəkən məqam  həm də ondan ibarətdir ki, “Elektron hökumət” portalından bu  mobil tətbiqlərə keçidlər( linklər) yerləşdirilməyib.

Əlbəttə, tam funksiyalı mobil tətbiqlərin hazırlanması və istifadəyə verilməsi  son dövrlərdə xeyli aktivlik hiss olunan elektron hökumət quruculuğunun inkişafına təkan verə bilərdi.
Artıq bir sıra vacib, sosial əhəmiyyətli elektron xidmətlər də aktivdir və hər gün onların sayı artmaqdadır. Bu tip xidmətlərin mobil tətbiqdən əldə edilməsi, elektron imzanın da mobil tətbiqlərə inteqrasiya edilməsi  çox faydalı olardı.
Ümid edirik ki, yaxın zamanlarda portalın xidmətlərini  daha təkmil mobil tətbiqlər üzərindən əldə edə biləcəyik.

Xeberler.az

 

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.