Previous Next
Bağla

XRİTDX-nin şəxsi heyəti Zəfər Gününü qeyd edib

07-11-2026 13:47
XRİTDX-nin şəxsi heyəti Zəfər Gününü qeyd edib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) şəxsi heyətin iştirakı ilə tədbirlər təşkil olunub.

Xeberler.az məlumat verir ki, Zəfər Günü çərçivəsində XRİTDX-nin şəxsi heyəti Hərbi Qənimətlər Parkına və Zəfər Muzeyini ziyarət ediblər. Şəxsi heyət burada Vətən müharibəsinin gedişini, Azərbaycan Ordusunun döyüş yolunu və tarixi Qələbənin əldə olunmasına aparan hadisələri əks etdirən ekspozisiyalarla tanış olub.
Eləcə də Xidmətin inzibati binasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan xalqının tarixi Qələbəsinin əldə olunmasında Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və arxa cəbhədə çalışan zabitlərin fədakarlığı xüsusi qeyd edilib. Dövlət Himninin səsləndirilməsindən və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Vətən müharibəsi və həmin dövrdə XRİTDX-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev çıxışında Zəfər Gününün müstəqil Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib. O, bu Qələbənin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun döyüş əzmi sayəsində əldə olunduğunu vurğulayıb. Çıxışda müasir dövrdə dövlətin müdafiə qabiliyyətinin yalnız hərbi güclə deyil, həm də etibarlı rabitə infrastrukturu, informasiya təhlükəsizliyi və kibertəhdidlərə qarşı dayanıqlı müdafiə mexanizmləri ilə müəyyən olunduğu diqqətə çatdırılıb.


Sonda qeyd olunub ki, Vətən müharibəsi dövründə XRİTDX tərəfindən həyata keçirilən operativ və mühüm fəaliyyət dövlətin xüsusi rabitə və informasiya təhlükəsizliyinin təmin olunmasında Xidmətin rolunu bir daha nümayiş etdirib. Zəfər Gününə həsr olunmuş tədbirlər xalqımızın tarixi Qələbəsinə ehtiramın, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin və Vətənə xidmət ənənələrinin yaşadılmasının ifadəsi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX-də Zəfər Günü qeyd edilib

XRİTDX-də Zəfər Günü qeyd edilib

08-11-2024
XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

XRİTDX-də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

07-11-2025
Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib

Dövlət Xidmətinin şəxsi heyəti Anım Gününü qeyd edib

27-09-2024
ETX-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ETX-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

08-11-2025
XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

27-09-2026
Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2026
Dövlət Xidməti Anım Günü ilə bağlı tədbir keçirib

Dövlət Xidməti Anım Günü ilə bağlı tədbir keçirib

27-09-2025
XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

10-05-2025
Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2026
XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

10-05-2026
“ASAN xidmət”in kollektivi Zəfər Gününü qeyd edib

“ASAN xidmət”in kollektivi Zəfər Gününü qeyd edib

05-11-2025
Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Dövlət Xidmətində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26-02-2025
İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

İKTA-da “Zəfər Günü” münasibətilə görüş keçirilib

08-11-2025
XRİTDX Ulu Öndərin xatirəsini yad edib

XRİTDX Ulu Öndərin xatirəsini yad edib

12-12-2024
Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilib

26-09-2025
Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

Xüsusi Rabitə vXRİTDX ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir

25-01-2023
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Bu gün XRİTDX-nin əməkdaşlarının peşə bayramıdır

Bu gün XRİTDX-nin əməkdaşlarının peşə bayramıdır

26-09-2025
Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətində Heydər Əliyevlə bağlı tədbir keçirilib

08-05-2023
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edilib

24-08-2024
RİNN-də Zəfər Gününə həsr olunan tədbir və qanvermə aksiyası keçirilib

RİNN-də Zəfər Gününə həsr olunan tədbir və qanvermə aksiyası keçirilib

07-11-2026
​8 noyabr - Zəfər Günüdür

​8 noyabr - Zəfər Günüdür

08-11-2025
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım Günü qeyd olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Anım Günü qeyd olunub

27-09-2021
Azərbaycanda Zəfər Günü qeyd edilir

Azərbaycanda Zəfər Günü qeyd edilir

08-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə