Previous Next
Bağla

Gəncədə kibertəhlükələrdən müdafiə üsulları müzakirə edilib

03-08-2016 11:38
 Gəncədə kibertəhlükələrdən müdafiə üsulları müzakirə edilib

Gəncədə “Elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları” mövzusunda Dəyirmi masa təşkil olunub.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən keçirilib.

Tədbirdə çıxış edən Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və Oracle korporasiyasının Azərbaycan təmsilçiliyinin nümayəndəsi Asif Hümbətov müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından danışıb.

Çıxışlarda kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub.

Bildirilib ki, kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədi daşıyan bu tədbir nəticəsində hər bir iştirakçı milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar və elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə edilməsi sahəsində mütərəqqi həll yolları barəsində əhəmiyyətli məlumatlar əldə edəcəklər.

Dəyirmi masa-da Oracle korporasiyasının Azərbaycan təmsilçiliyinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Teymur Hacıyev və Cəbi Ağayev təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarını elektron informasiya resurslarının kibertəhlükələrdən müdafiə üsulları və metodları haqqında, eyni zamanda, mövcud kibertəhdidlər, risklər və problemlər barədə məlumatlandırıblar.

Sonda müxtəlif sahələrdə çalışan 50-dək iştirakçıya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan “Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları” haqqında broşürlər paylanılıb və iştirakçılarla kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

Milli kibertəhlükəsizlik məsələləri müzakirə edilib

09-06-2016
Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

Bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

12-03-2019
Müdafiə Nazirliyində Fransa ilə kibertəhlükəsizlik üzrə müzakirə aparılıb

Müdafiə Nazirliyində Fransa ilə kibertəhlükəsizlik üzrə müzakirə aparılıb

27-04-2017
“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014
Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023
ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

22-05-2019
Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024
“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

“Kibertəhlükəsizlik nədir” mövzusunda sessiya keçirilib

30-10-2024
ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024
Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

27-07-2016
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

Azərbaycan Özbəkistanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başlayır

31-08-2023
ETX və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” məktəblilərə maarifləndirmə tədbiri keçirib

ETX və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” məktəblilərə maarifləndirmə tədbiri keçirib

05-11-2024
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
Azərbaycanla Gürcüstan kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Azərbaycanla Gürcüstan kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

08-10-2025
Beynəlxalq “İKT-də Qızlar” Günü Bakıda qeyd olunub

Beynəlxalq “İKT-də Qızlar” Günü Bakıda qeyd olunub

23-04-2026
Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

Bakıda kibertəhlükəsizlik məsələləri müzakirə edilir

11-01-2016
Azərbaycan Özbəkistanla kibertəhdidlərin idarə olunmasını müzakirə edib

Azərbaycan Özbəkistanla kibertəhdidlərin idarə olunmasını müzakirə edib

27-01-2026
Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

Bu il Azərbaycanda "Milli Kibertəhlükəsizlik İndeksi" təqdim olunub

19-12-2024
Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

Azərbaycan “KazHackStan 2025”də təmsil olunub

19-09-2025
"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

"Azneft"in əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib

21-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə