“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib - FOTO

02-02-2023 / 16:32

2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" Forumu keçirilib. 110 nəfər gənc lideri özündə birləşdirən tədbirin məqsədi TGT-lər üçün optimal PR həlləri və bu sahədəki zəngin təcrübəni paylaşmaq olub. Peşəkarların öz təcrübələrini bölüşdüyü tədbirdə “Nar"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əziz Axundov “Müasir dövrün çağırışlarına cavab verən PR strategiyaları" mövzusunda çıxış edərək gəncləri maraqlandıran sualları cavalandırıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən forumda mütəxəssislərin vörkşoplarından əlavə, gənc liderlərə müxtəlif nominasiyalar üzrə mükafatlar da təqdim edilib.

Qeyd edək ki, ölkənin maariflənməsinə hər zaman öz töhfəsini verən “Nar” təhsil və inkişafa yönəlik layihələr həyata keçirir. Bu layihələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.