ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. Əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasında qeydiyyata alınıb.
Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som (təxminən 140 milyon ABŞ dolları) təşkil edir. Razılaşmaya əsasən, Davr Bankın 51 milyon adi səhmini əldə etməklə Bankın kapital strukturunda 51% paya sahib olub.
Bank yaxın günlərdə Özbəkistan bazarında “ABB Davr” brendi altında universal bank kimi fəaliyyətə başlayaraq fərdi müştərilərə, kiçik və orta bizneslərə, eləcə də iri korporativ qurumlara geniş çeşiddə bank xidmətləri göstərəcək.
Hazırda Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var, aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində, 23 avqust 2026-cı ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr Bank” layihəsinin rəsmi açılışı olub.
ABB Maliyyə Qrupunun Özbəkistan bazarında fəaliyyətlə bağlı strateji baxışı ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun müsahibəsindən tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları