Previous Next
Bağla

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

11-09-2026 17:20
ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın  beynəlxalq reytinqləri yüksəldi

Davr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb.

S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsinə yüksəldib. Bankın reytinq proqnozu isə “Stabil” olaraq müəyyənləşib. Agentliyin rəyində qeyd edilir ki, ehtiyac yaranarsa, Davr-Bank kredit reytinqi daha yüksək olan ABB Maliyyə Qrupundan güclü dəstək ala bilər.

S&P ekspertlərinin fikrincə, Davr Bank növbəti bir ildə də əsasən pərakəndə bankçılığa, həmçinin kiçik və orta biznesin maliyyələşməsinə yönələcək. Bu seqmentlər onun əsas fəaliyyət istiqamətləri olaraq qalacaq və artımına şərait yaradacaq. Davr Bank eyni zamanda ABB Maliyyə Qrupunun tərkibinə keçməsindən sonra yaranmış yeni biznes imkanlarından da geniş faydalanacaq.

Özbəkistanda Azərbaycan və Türkiyə kapitallı müştərilərə xidmət, eləcə də ABB-nin beynəlxalq pulköçürmə xidmətlərinə inteqrasiya da bu yeni imkanlara daxildir. Bütün bunlar, Bankın reytinqlərini “Stabil” səviyyədə proqnozlaşdırmağa əsas yaradır. Davr Bankın möhkəm kapital buferləri və aktivlərinin keyfiyyəti də bu proqnozu dəstəkləyir. Agentliyin gözləntilərinə görə, Davr Bankın likvidlik mövqeyi adekvat olaraq qalacaq və bank beynəlxalq maliyyə institutlarından maliyyələşməyə çıxışını qoruyacaq.

S&P beynəlxalq reytinq agentliyinin rəyində Davr Bankın ABB Maliyyə Qrupunun ümumi aktivlərinin təxminən 10%-12%-ni təşkil etdiyi, bu bankın əsas nəzarət-səhm paketini əldə etməyin ABB-nin yeni strateji dövrdə coğrafi genişlənmə hədəfinə uyğunluğu vurğulanıb.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/ , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı!

16-06-2026
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

07-08-2026
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!

11-09-2026
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

20-09-2025
ABB-nin reytinqi tarixi maksimuma  yüksəldi!

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

09-07-2025
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

24-08-2026
ABB-nin Saatlı filialı yenilənmiş binada  xidmətə başlayıb

ABB-nin Saatlı filialı yenilənmiş binada xidmətə başlayıb

04-06-2025
ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

ABB-nin Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb

26-05-2026
ABB 230 000 000 dollarlıq yeni sindikativ  kredit cəlb edib

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

16-12-2024
ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

ABB Xankəndidə Çağrı Mərkəzi yaradır

24-06-2026
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB-nin Daşkəsən filialı da yeniləndi!

ABB-nin Daşkəsən filialı da yeniləndi!

20-05-2025
ABB-dən 200 000 manata qədər təmir krediti

ABB-dən 200 000 manata qədər təmir krediti

13-03-2026
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa edib

24-07-2025
ABB Sahibkarlar Gününü müştəriləri  ilə qeyd etdi

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi

27-04-2026
ABB “İlin əqdi” mükafatını qazanıb

ABB “İlin əqdi” mükafatını qazanıb

02-12-2025
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin  açılışı olub

Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı olub

03-07-2026
ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı

ABB İslam bankçılığı üzrə ilk anlaşmanı imzaladı

30-07-2026
ABB Şuşada filial yaradıb

ABB Şuşada filial yaradıb

29-07-2026
İndi aviabiletlər də ABB Business-də alınır

İndi aviabiletlər də ABB Business-də alınır

16-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə