Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə verdiyi önəmlə seçilən “Nar” gənclər arasında kitab oxuma vərdişlərinin təşviqinə yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirir. Mobil operatorun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə “Ədibin Evi”ndə keçirilən “Kitab necə ərsəyə gəlir?” mövzusundakı müzakirələrə dəstəyi də mütaliəyə marağın artırılması və ədəbiyyatla bağlı fəal dialoqun qurulması baxımından əhəmiyyətli olub.
23 aprel tarixində baş tutan görüşdə yazıçı Aqşin Yenisey və ədəbiyyatşünas Qismət Rüstəmov gənc yazarlarla bir araya gəlib. Aqşin Yenisey hazırda üzərində işlədiyi neft mövzusuna həsr olunan kitab barədə ətraflı məlumat verib, onun yazılma prosesi, mövzu seçimi və məqsədi haqqında gənc yazarlarla fikir mübadiləsi aparıb. Qismət Rüstəmov isə müasir ədəbiyyatın gənclərlə ünsiyyətdəki rolu və aktual tendensiyalar barədə çıxış edib.
“Nar” bu təşəbbüslə korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin maariflənməsinə, eləcə də ölkədə mütaliə mədəniyyətinin inkişafına töhfə verib.
Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları