Previous Next
Bağla

"Nar"ın rəhbərliyində dəyişiklik olub

30-09-2025 17:23
"Nar"ın rəhbərliyində dəyişiklik olub

30 sentyabr 2025-ci il tarixində “Azerfon” MMC-nin ("Nar" ticarət nişanı) rəhbərliyində dəyişiklik olub. Şirkətin baş icraçı direktoru Qunnar Panke karyerasında yeni mərhələyə başlamaq məqsədilə tutduğu vəzifədən ayrılıb.

“Bu gün, 8 ilə yaxın müddətdə “Nar”da davam edən fəaliyyətim tamamlanır. Bu illər ərzində məqsədimiz sərfəli brend olaraq müştərilərimizə yüksəkkeyfiyyətli məhsul və xidmətlər təqdim etmək olub. “Nar – Sənə ən yaxın” şüarı ilə insanların həyatına müsbət təsir edən bir sıra layihələr həyata keçirdik, ilklərə və önəmli nailiyyətlərə imza atdıq.

“Nar” komandası ilə birlikdə əldə etdiyimiz uğurlarla fəxr edir, komandanın hər bir üzvünə təşəkkür edərək minnətdarlıq hissi ilə “Nar”dan ayrılıram”, - deyə Qunnar Panke bildirib.

“Nar” fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlıq, əzmkarlıq və əldə olunan nailiyyətlərə görə Qunnar Pankeyə təşəkkür edir, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

“Nar” baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.

2007-ci ildə fəaliyyətə başlayan “Azerfon” MMC (“Nar” ticarət nişanı) qısa müddətdə ölkənin telekommunikasiya sahəsində aparıcı şirkətlərdən birinə çevrilib. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” Laçın şəhərində ilk mağazasını açdı

25-11-2023

“Nar”a yeni baş icraçı direktor təyin olunub

27-10-2025

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

02-04-2024

"Nar" yerli İT peşəkarlarının yetişməsinə dəstək olur

30-11-2022

“Nar” 4G şəbəkəsi Naxçıvanda

09-02-2023

“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir

31-01-2024

“Nar” metroda şəbəkəsini gücləndirir

02-10-2023

“Nar” sərfəli smartfon modellərini təqdim edir

10-10-2024

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

24-01-2024

“Nar” “Bilik günü”ndə Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

15-09-2023

Nar-dan qiyməti cəmi 4 manat olan yeni tarif

28-04-2023

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi

05-06-2024

“Nar”dan sahibkarlar üçün sərfəli təkliflər

06-12-2023

Nar Cəlilabad Festivalında iştirak etdi

23-05-2023

“Nar” Şərurda yeni mağazasını təqdim etdi

20-12-2023

“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!

23-04-2025

“Nar” “Stevie” mükafatına layiq görüldü

24-08-2023

“Nar” Daşkəsən festivalında iştirak etdi

22-07-2025

“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

08-05-2025

Nar Baş Direktoru startap müsabiqəsində fəxri münsif kimi iştirak edib

19-06-2023

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in 21-ci mövsümü davam edir

15-04-2023

“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir

09-07-2025

“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

13-09-2023

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

07-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə