Previous Next
Bağla

NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib

26-10-2024 12:13
NASA-nın kosmosdan qayıdan astronavtı xəstəxanaya yerləşdirilib

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) astronavtı “Crew-8” missiyası çərçivəsində Yerə qayıtdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Xeberler.az Nasaya istinadən məlumat verir ki, cümə günü, oktyabrın 25-də Florida sahillərində Atlantik okeanına eniş etdikdən sonra astronavt özünü pis hiss edib. O, rusiyalı kosmonavt Aleksandr Qrebenkinin də daxil olduğu “Crew-8” missiyası çərçivəsində Yerə qayıtdıqdan sonra səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

NASA bildirib ki, cümə günü, oktyabrın 25-də Florida sahillərində Atlantik okeanına eniş edən astronavt özünü pis hiss edib. Rus kosmonavt da daxil olmaqla bütün dörd ekipaj üzvü Pensakola (Florida) xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra Qrebenkin və daha iki ekipaj üzvü Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Uçuş Mərkəzinə aparılıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən və adı açıqlanmayan NASA astronavtının vəziyyəti sabitdir və həkimlərin nəzarəti altındadır. ABŞ Kosmik Agentliyi qeyd edib ki, onun xəstəxanaya yerləşdirilməsi ehtiyat tədbiri kimi həyata keçirilib.

ABŞ-ın “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisi “Crew-8” missiyasının heyəti ilə birlikdə oktyabrın 25-də Yerə qayıdıb. Rusiyalı kosmonavtla yanaşı, 2024-cü ilin mart ayından orbital stansiyada olan “Crew-8” missiyasının heyətinə NASA astronavtları Metyu Dominik, Maykl Barrat və Canet Epps də daxil olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Kosmik Stansiyanın 3 kosmonavtı Yerə qayıdıb

20-04-2025

Dörd astronavt Beynəlxalq Kosmik Stansiyadan Yerə qayıdıb

11-08-2025

“SpaceX” beynəlxalq astronavtları BKS-yə göndərib

01-08-2025

NASA astronavtları geri qaytarmaq üçün BKS-ə göndərəcəyi kapsulu dəyişdirib

12-02-2025

“Starliner” kosmik gəmisi Yerə astronavtlarsız qayıdır

07-09-2024

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

13-02-2026

“Boeing”in kosmik missiyası uğursuzluqla üzləşib

31-08-2024

İxtisarlar NASA-nın proqramlarına mənfi təsir edəcək

31-07-2025

NASA-nın kosmonavtları Yerə vaxtından əvvəl qaytarılacaq

09-01-2026

ABŞ-lı astronavtlar 6 aydır Yerə qayıda bilmirlər

18-12-2024

NASA “SpaceX Dragon”u qarşılamağa hazırlaşır

24-02-2026

Astronavtların Beynəlxalq Kosmik Stansiyadan qayıdış vaxtı müəyyənləşib

17-03-2025

NASA Yupiterin peyki Avropada həyat axtaracaq

04-09-2024

“Orion” kosmik gəmisi Aya uçuşunu başa vurub

07-04-2026

"Artemida-2" Ay missiyası uğurla başa çatıb

11-04-2026

SpaceX Beynəlxalq Kosmik Stansiyaya maneken-pilot göndərir

02-03-2019

Beynəlxalq Kosmik Stansiyaya gedən kosmonavtların sayı azaldılıb

01-09-2024

NASA 50 il sonra Aya insanlı missiyanı həyata keçirib

02-04-2026

NASA "Orion"un Ay trayektoriyasına daxil olmasına icazə verib

03-04-2026

“SpaceX”in pilotlu kosmik missiyası təxirə salınıb

27-08-2024

“SpaceX” “Dragon” gəmilərini istismardan çıxaracaq

06-06-2025

NASA növbəti heyəti Beynəlxalq Kosmik Stansiyaya göndərəcək

12-02-2026

NASA-nın kosmik gəmisi ilə əlaqəsi kəsilib

02-10-2021

“ABŞ-ın yeni kosmik gəmisi Starliner adlanacaq”

05-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə