Nazir Rəşad Nəbiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib

10-10-2022 / 15:44

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayı üzrə şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən 10 oktyabrda Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Xeberler.az bildirir ki, görüşdən öncə nazir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Vətəndaş qəbulunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.