Previous Next
Bağla

Sabah Ümumdünya Poçt İttifaqının yaz sessiyası öz işinə başlayır

25-04-2011 19:00
Sabah Ümumdünya Poçt İttifaqının yaz sessiyası öz işinə başlayır

26 aprel 2011-ci il tarixdə İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası öz işinə başlayacaq.

Tədbirdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri təmsil edəcəklər. 

Sessiya çərçivəsində beynəlxalq poçt sahəsi üzrə bir sıra məsələlərin müzakirəsi və ÜPİ-nin bəzi orqanlarına seçkilərin keçirilməsi nəzərdə tutulub. 

RİTN-nin mətbuat xidmətindən aldığımız məlumata əsasən, Azərbaycan nümayəndələri sessiyada ölkənin poçt sektorunda ÜPİ-nin texniki dəstəyi ilə həyata keçirilən bir sıra layihələr haqqında məruzələrlə çıxış edəcəklər. Tədbirdə, həmçinin gələcək əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq. 

Təntənəli mərasim zamanı sürətli poçt xidmətlərinə (Express Mail Service – EMS) görə “Qızıl səviyyəli Sertifikat”lar da təqdim olunacaq. 

Qeyd edək ki, ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil məsləhətçi şirkətlər tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır. Bundan sonra ilin yekunlarına görə nəticələr elan edilir və sertifikatlar təqdim olunur. Azərbaycanın EMS operatoru Azərekspresspoçt Rabitə müəssisəsi artıq beşinci dəfədir ki, Qızıl sertifikatla mükafatlandırılır. 

Xatırladaq ki, Azərbaycan ÜPİ-nin ali orqanları olan Administrativ Şurası və Poçt İstismarı Şurasının üzvüdür. Başqa sözlə desək, respublikamız qarşıya qoyulan bütün vəzifələri və öhdəlikləri yerinə yetirməklə yanaşı, İttifaqın bütün tədbirlərində iştirak etmək, ümumi işə öz töhfələrini vermək imkanına da malikdir. 

Sessiya 13 may 2011-ci il tarixinədək davam edəcək. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ümumdünya Poçt İttifaqının yaz sessiyasında iştirak edəcək

17-03-2009

Bu gün poçt işçilərinin peşə bayramıdır

09-10-2009

Bakıda RRB-nin maliyyə xidmətlərinin inkişafı istiqamətində konfrans keçiriləcək

03-06-2009

Ümumdünya Poçt İttifaqının baş direktoru Azərbaycanın poçt administrasiyasına məktub göndərib

10-07-2009

“Azərpoçt” yeni poçt obyektlərini istifadəyə verəcək

01-10-2009

Azərbaycanın poçt xidmətlərinin keyfiyyətinə görə qızıl səviyyəli sertifikatı

27-04-2015

“Azərpoçt”da Ümumdünya Poçt İttifaqının yaradılmasının 135 illiyinə həsr edilmiş tədbir keçirilib

09-10-2009

Azərbaycan İstanbulda keçirilən Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin iclasında iştirak edir

26-11-2010

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010

Azərbaycanın poçt sektorunda «Maliyyə xidmətlərinin inkişafı» layihəsinin başa çatması ilə bağlı tədbir keçiriləcək

01-12-2010

RİTN nümayəndələri Koreyaya səfər edəcəklər

16-06-2009

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010

“Azərekspresspoçt” növbəti dəfə beynəlxalq səviyyəli sertifikata layiq görülüb

27-04-2020

: Rabitə Nazirliyi poçt tariflərinin artırılmasına aydınlıq gətirdi

05-02-2011

“Azərekspresspoçt” tariflərində endirim edir

11-03-2009

Azərbaycan poçtunun növbəti Qızıl səviyyəli sertifikatı

10-04-2015

Bu ilin sonunadək Azərbaycanın bölgələrində yeni poçt şöbələri açılacaq

21-12-2010

“Azərpoçt” bayramda da işləyəcək

16-03-2011

Samux rayonunda yeni poçt şöbəsi açılacaq

07-03-2011

“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir

04-10-2021

«Azərpoçt» bölgələrdə yeni poçt şöbələri açır

06-05-2009

Ölkəmiz poçt rabitəsi üzrə beynəlxalq mükafata layiq görülüb

18-04-2018

«Azərpoçt» kompüter avadanlığının alınması üzrə tender keçirir

27-02-2009

“Azərpoçt” MMC daha bir beynəlxalq səviyyəli sertifikata layiq görüldü

14-05-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə