«Azercell» şirkəti Tacikistan və Liberiya operatorları ilə rouminq sazişi imzalayıb

18-12-2008 / 17:33

APA-ECONOMICS
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti beynəlxalq rouminq xidməti şəbəkəsini genişləndirib.

Şirkətdən «APA-ECONOMICS»ə verilən məlumata görə, «Azercell» Tacikistanın «Tacom» və Liberiyanın «Camium» operatorları ilə beynəlxalq rouminq sazişi imzalayıb. Bu, Tacikistanla sayca beşinci, Liberiya ilə isə ikinci rouminq müqaviləsidir. Belə ki, hazırda «Azercell» abonentləri Tacikistanın «Babilone Mobile» (CJSC), «Somoncom» (Indigo North), «Megafon» (North est), «Indigo-South» və Liberiyanın «Calcom» operatorlarının xidmətindən yararlanır.

Qeyd edək ki, indiyə kimi «Azercell Telecom» 146 ölkənin mobil rabitə operatoru ilə 368 rouminq sazişi imzalayıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə