Xəbər verdiyimiz kimi, «Gündəlik Bakı» qəzetinə qarşı haker müdaxiləsi olub.
Dünən faktla bağlı açıqlama verən qəzetin baş redaktoru Habil Vəliyev rəsmi şəkildə Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, Respublika Baş Prokurorluğuna məktub şəklində müraciət ediyini bildirmişdi.
Müraciətdə sayta edilən müxadilənin qarşısının alınması və bu hərəkətin kim tərəfindən edildiyinin aydınlaşdırılması xahişi olunurdu.
Dünən həmçinin sayta edilmiş müdaxilənin məsuliyyətini üzərinə götürən «Azerbaijan Defacers» haker qrupunun üzvü, özünü Hero_Aze ləqəbli haker kimi qələmə verən şəxs Qaynar.info-nun elektron poçtuna məktub yazaraq, bəzi məsələlərə aydınlıq gətirmişdi.
Haker bildirirdi ki, saytı dağıtmaq fikrində olmayıb, sadəcə proqramda olan boşluqları aradan qaldırılması üçün xəbərdarlıq edib: \\\"Məcbur olub sizin passwordunuzu (parolunuzu- red.) dəyişdim ki, erməni cəlladları sizin saytı hacklayıb (dağıdıb- red.) gedib öz media saytlarında toy-bayram etməsinlər\\\".
Hətta haker MTN-ə və digər qurumlara müraciət etməyin yersiz olduğunu bildirirdi. Və qeyd edirdi ki, istəsələr o, redaksiyaya gəlib hər şeyi aydınlaşdırar.
Məsələ ilə bağlı Qaynar.info-ya açıqlama verən «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev bir daha qeyd etdi ki, qəzetə kənar müdaxilənin olması narahatedicidir: «Biz müxtəlif ünvanlara, hətta ölkə başçısına müraciət edib, hər bir məsələnin aydınlaşdırılmasını xahiş etdik. Bizim bu müraciətimizdən sonra sayta müdaxilə edən şəxs Qaynar.info-da öz münasibətini bildirib. Həmin şəxs göstərir ki, saytımızda boşluqlar var. Yəni biz həmin boşluqları doldurmalıyıq, yaranmış problemi aradan qaldırmalıyıq. Biz hər kəsin məsləhətinə qulaq asa bilirik. Əgər bu şəxs normal bir vətəndaş kimi bizə yaxşılıq etmək istəyirsə, buyurub redaksiyamıza gəlsin. Mərd insanlara qarşı çox mərdanə münasibətdəyik. Çünki ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə də mərd-mərdanə vuruşmuşuq. Yəni burada bizim üçün narahatlıq yoxdur. Mən bu şəxsə o zaman «çox sağ ol» deyərəm ki, gələr redaksiyamıza və deyər ki, bunu bu məsələlərdən ötrü etmişəm. Biz bu şəxsi gözləyirik, gəlib çatışmazlıqlarımızı göstərsin, biz də həmin çatışmazlıqları aradan qaldıraq. Həmin şəxs Qaynar.info-ya bildirib ki, mən bu yöndə vətən, dövlət üçün yardımçıyam. Əgər yardımçıdırsa, redaksiyamıza açıq şəkildə zəng vurub deyə bilərdi ki, mən sizə bu köməyi etməyə hazıram. Kimliyindən asılı olmayaraq, biz onu qəbul edərdik».
Hero_Aze ləqəbli hakerin saytda olan açıqlarla bağlı adminə hansısa məlumat verməsinə gəldikdə baş redaktor bildirdi ki, saytın hazırlanmasına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən köməklik olunub: «Əgər nazirliyin hazırladığı saytın hansısa problemləri varsa, kosmosa necə uça bilərik. Çünki qeyd olunan nazirlik kosmosa peyk buraxmaq istəyir. Cənab Əli Abbasov hər sözünün başlanğıcında bildirir ki, kosmosda peyk yerləşdiririk. Bilmək istəyirəm, əgər saytımızda açıqlar varsa, bu, necə ola bilər?»
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri