Dell Inspiron Mini ailəsindən ikinci kompüter

27-10-2008

Dell şirkəti Inspiron Mini ailəsindən ikinci noutbukunu təqdim edib. Xatırladaq ki, Dell Inspiron Mini ailəsinin birinci portativ kompüteri 9 düym ekranlı Mini 9 netbuku olmuşdur.

ARM netbuklar üçün prosessorlar hazırlayır

25-10-2008

ZDNet UK xəbər verir ki, Britaniyada yarımkeçirici texnologiyalar şirkəti - ARM şəbəkəyə çıxış məqsədilə nəzərdə tutulmuş kiçik kompüterlər üçün prosessorlar hazırlayır.


Microsoft Office və Vista-da yenilənmələr olacaq

24-10-2008

Bu gün Microsoft şirkəti öz bloqunda bəyan edib ki, işçilər Microsoft Office proqramı üçün paketin yenilənməsi üzərində işləyirlər. Office SP2 proqramının buraxılışı 2009-cu ilin fevral-aprel aylarında olmalıdır.

Kosmo-noutbuk “kosmik” qiymətlə

23-10-2008

Bu günlərdə Toshiba yapon şirkəti tərəfindən yeni Qosmio X305 noutbuku təqdim olunub. Noutbuk stolüstü kompüterlərlə rəqabət aparma gücünə malikdir.


Bill Geyts yeni şirkət yaradıb

23-10-2008

Bill Geyts bgC3 adlanan yeni texnologiya şirkəti yaradıb. Hələlik onun nə ilə məşğul olacağı haqda müxtəlif fərziyyələr var. Əksəriyyət belə düşünür ki, bgC3 “böyük ideyalar” verən şirkət olacaq ki, onların köməyilə texnologiya sənayesi dəyişəcək.

Hakerlərin informasiya oğurluğu klaviatura vasitəsilə baş tuta bilər

23-10-2008

Informasiya təhlükəsizliyi üzrə Isveçrə mütəxxəssisləri klaviaturanın düymələri ilə elektormaqnit siqnallarını analiz edən qurğu işləyiblər. Həmin qurğu ilə kompüter istifadəçisinin nə yazdığını müəyyən etmək olur.


Sony noutbuk konfiqurasiyasını seçmək imkanı verir

23-10-2008

Sony yeni xidmət təqdim edəcək ki, onun sayəsində müştərilər noutbuk alarkən ən yaxşı konfiqurasiyanı sərbəst seçə biləcəklər. VAIO leptopunun TT, Z və CS seriyalarını əldə edərək, VAIO by you saytının istifadəçiləri istədikləri prosessor modelini, sərt diski, optik ötürücünü, videokartları, operativ yaddaş həcmini və zəmanət şərtlərini sifariş verə bilərlər.

Adobe Photoshop Lightroom 2.1 və Camera Raw 5.1 proqramlarının yenilənmiş versiyaları çıxıb

22-10-2008

Adobe şirkəti yenilənmiş Photoshop Lightroom və Photoshop Camera Raw plug-in proqramlarını təqdim edib. Bu proqramlar Nikon D90, Nikon D700, Canon EOS 50D və Canon EOS 1000D kimi 15 rəqəmli fotoaparatla işi dəstəkləyir.


25 yaşın mübarək ay telefon, evlənmək vaxtıdır :-)

22-10-2008

İlk dəfə kütləvi istifadəyə verilmiş Motorola DynaTAC 8000X mobil telefonun 25 yaşı tamam olub. 1983-cü ilin oktyabr ayında bu telefondan ilk zəng edilib.

Qəzet: kağız ya elektron?

22-10-2008

Kembric Universitetinin alimləri gündəlik qəzetlərin toplanması üzrə elektron qurğu icad ediblər. Məqsəd qəzetlərin çapı üçün istifadə olunan və bizim özümüzlə daşımalı olduğumuz kağıza qənaət etməkdir.


Bu həftənin AMD məhsulları

22-10-2008

AMD şirkəti tərəfindən təklif olunan stolüstü sistemlər üçün prosessorlar seçiminə bu həftə iki model əlavə olundu. Birinci məhsul üçnüvəli prosessor - AMD Phenom X3 8850 Black Edition (HD8850WCJ3BGH), ikinci isə ikinüvəli CPU Athlon X2 5050e (ADH5050IAA5DO) oldu.

Dünyanın ən kiçik kompüteri

22-10-2008

Siz heç kompüterin maksimal dərəcədə kiçik olması haqda düşünmüsünüz? Bu suala fit-PC slim qurğusunu yaradanlar cavab veriblər. fit-PC slim 4,3 х 3,9 х 1,2 düym ölçülərlə diqqəti cəlb edir və dünyada ən kiçik personal kompüter hesab olunur.


Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

22-10-2008

Microsoft şirkəti təsdiq etdi ki, o, pirat versiyaların yayılmasının qarşısını almaq gücündə deyil. Lakin bununla yanaşı, piratların kökünü kəsən qlobal proqram buraxılacaq.

SMS gündəlik

22-10-2008

Bu yeniliyin tətbiq edilməsinə səbəb müvəffəqiyyət cədvəlinin saxtalaşdırılması olmuşdur. Bundan əlavə müasir valideynlər elə məşğuldurlar ki, gündəlikləri yoxlamağa vaxtları yoxdur.


Fərdi komputerlər təhlükədə!!!

21-10-2008

Şpion proqramların araşdırılması ilə məşğul olan Webroot şirkəti öz hesabatını təqdim edib. Tərtib edilən statistika milyondan çox fərdi kompüter və 35 mindən çox korporativ kompüterə əsaslanmışdır. Şirkətin məlumatına görə, dünya üzrə kompüterlərin 88%-i virusludur

No More Heroes 2 oyunu 2010-cu ildə çıxacaq

21-10-2008

Grasshopper yapon studiyasından olan No More Heroes 2 oyununun amerikalı həvəskarlarını məyus ediblər. Yerli istehsalçılar layihəni Wii üçün yalnız 2010-cu ilin yanvarından buraxmaq fikrindədirlər.


Eee PC netbuklarında Windows Vista istifadə olunmayacaq

21-10-2008

Asus-un sensor ekranlı Eee PC netbukunun hazırlanması haqqındakı məlumat şirkətin baş icraçısı Cerri Şen tərəfindən təsdiq olundu. Məlum oldu ki, Eee PC-nın yeni nəsili 2009-cu ilin ikinci yarısında meydana çıxacaq, sensor ekranla təchiz olunacaq və Windows 7 ilə işləyəcək.

Gmail öz istifadəçisini holland məhkəməsinə təslim edib

21-10-2008

Google-un Hollandiya ofisi, kommersiya casusluğunda təqsirləndirilən Gmail istifadəçisinin İP-ünvanını açmağa razılaşıb. Yerli internet-şirkəti iMerge-nin baş direktoru məhkəmədə bəyan edib ki, işdən çıxarıldığı üçün, qisas almaq məqsədilə korporativ poçt serverinin ünvanını avtomatik dəyişib.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə