Previous Next
Bağla

Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikasını XRİTDX aparacaq

06-11-2026 16:17
Dövlət qurumlarının informasiya təhlükəsizliyi diaqnostikasını XRİTDX aparacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 noyabr tarixli 372 nömrəli Qərarı ilə “Dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib.

Xeberler.az məlumat verir ki, Qaydalar dövlət qurumlarında informasiya təhlükəsizliyinin əsas parametrlərini və bu parametrlərin məqbul hədlərini müəyyən edir. Bundan əlavə, informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının necə aparılacağını tənzimləyir.

Qaydalar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və ya nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərə, publik hüquqi şəxslərə, digər büdcə təşkilatlarına və bələdiyyələrə şamil edilir. Diaqnostikanın məqsədi qurumların təhlükəsizlik arxitekturasının müasir tələblərə uyğunluq dərəcəsini müəyyən etmək və təşkilati, texniki və kadr potensialının səviyyəsini ölçmək, eləcə də təkmilləşdirmə ehtiyaclarını aşkar etməkdir.

Sənədə əsasən, dövlət qurumlarının informasiya təhlükəsizliyi mühitinin diaqnostikasının həyata keçirilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib. Bu proses sənəd və məlumatların təhlilini, zərurət olduqda isə yerində baxışı da əhatə edir. Qiymətləndirmə dörd meyar üzrə aparılır: təşkilati idarəetmə, əməkdaşlar və təchizatçılar, fiziki təhlükəsizlik, avadanlığın, proqram təminatının və məlumatların təhlükəsizliyi. Hər meyar üçün minimum keçid həddi müəyyən olunub. Qurumun yekun nəticəsi 0–100 faiz şkalası üzrə üç səviyyədən birinə aid edilir: risklərin ciddi olduğu, qismən nəzarət edildiyi və ya tam nəzarət altında olduğu səviyyə.

Diaqnostikanın nəticələrinə əsasən qurumlara çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər verilir və metodiki dəstək göstərilir. Qurumlar isə aşkar olunan boşluqları qısa müddətdə aradan qaldırmağa borcludur. Qaydaların tətbiqi dövlət sektorunda informasiya təhlükəsizliyinin vahid və ölçüləbilən meyarlar əsasında idarə olunmasına imkan yaradacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydaları təsdiqlənib

İnformasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydaları təsdiqlənib

23-10-2025
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023
İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

10-08-2026
Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı komissiya yaradılıb

21-07-2025
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı meyarlar təsdiqlənib

Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı meyarlar təsdiqlənib

09-10-2025
Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

Avqustda 46 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb

04-09-2025
Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

Dövlət qurumlarında təhlükəsizlik boşluqları aşkarlanmışdır

22-01-2024
“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” təsdiq edilib

03-08-2021
“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

“İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma Qaydası” təsdiqlənib

26-12-2025
Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023
İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

İnformasiya Təhlükəsizliyi üzrə Komissiyanın internet informasiya ehtiyatı istifadəyə verilib

30-01-2025
İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024
Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

Dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış struktur bölmələri yaradılacaq

28-08-2023
Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025
Təhlükəsizlik boşluqları olan dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları olan dövlət informasiya resurslarının sayı artıb

18-12-2024
Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

Ekspert: Dövlət qurumlarının informasiya təhlükəsizliyi necə təmin olunur ?

18-04-2022
Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

Dövlət Xidməti I yarımildə 373 dövlət informasiya sistemində boşluq tapıb

03-08-2023
Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı artıb

06-05-2025
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Təhlükəsizlik boşluqları aşkarlanmış informasiya resurslarının sayı artıb

Təhlükəsizlik boşluqları aşkarlanmış informasiya resurslarının sayı artıb

05-08-2025
İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

İnformasiya təhlükəsizliyi mövzusunda konfrans keçiriləcək

13-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə