«Xalq Kompüteri» layihəsini davam etdiriləcək

27-10-2009 / 17:58

Qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan «Xalq Kompüteri» layihəsinin uğurlu icrasına nail olub. «APA-ECONOMICS»in məlumatına görə, bunu ölkənin rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, maliyyə böhranı dövründə layihənin başlanması riskli sayılırdı. Lakin böhran dövründə belə layihənin icrası uğurlu olub: «Artıq layihənin pilot mərhələsi başa çatıb və layihənin bu mərhələsində 3 mindən artıq kompüter orta məktəblərin istifadəsinə verilib».

Nazir müavini onu da qeyd edib ki, Azərbaycanda «Xalq Kompüteri» layihəsi davam etdiriləcək.Qeyd edək ki, «Xalq Kompüteri» layihəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, HP və Microsoft şirkətləri tərəfindən reallaşdırılır. Layihə bir sıra mühüm dövlət proqramlarına, o cümlədən «Elektron Azərbaycan» Dövlət Proqramına və «2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı»na tam uyğundur.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.