Previous Next
Bağla

“Xalq kompüteri” layihəsi davam etdirilir

11-07-2009 18:09
“Xalq kompüteri” layihəsi davam etdirilir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcədə özəl şirkətlər tərəfindən Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsinin populyarlığı artır. Təhsil Nazirliyindən verilən məlumata görə, əgər layihənin ilkin mərhələlərində ona olan maraq bir qədər zəif  olmuşdursa, hazırda layihə böyük populyarlıq qazanıb.

“Xalq kompüteri” layihəsinin başlamasından bu günə kimi artıq 1800 kompüter satılıb. Bu məlumatı isə HP-nin nümayəndəliyindən bildiriblər. Pilot layihə çərçivəsində şirkət 5 minə qədər kompüter və noutbuk satmaq niyyətindədir. Sifarişlərin 90% tam funksionallı noutbukların payına düşür. Mini noutbuklara isə tələbat elə də çox deyil.

HP mütəxəssislərinin fikrincə netbuk və mini noutbukların innovativ spesifikası olduğundan ilkin mərhələdə onlara olan yüksək tələbatı başa düşmək olar. İstənilən məhsul ilkin mərhələdə böyük marağa səbəb olur. Gələcəkdə bu maraq itir və ya yüksəlir və nəticədə həmin məhsul bazarda öz mövqeyində yer alır. Əvvəlcə netbuklara olan maraq kifayət qədər yüksək idi, lakin bu portativ qurğuların dünya tendensiyası sırasına daxil olub olmayacaqları barədə danışmaq hələ tezdir. Azərbaycanda bu modellərə maraq yüksək deyil. Çünki Azərbaycan istifadəçisi daha konservativdir.

Qeyd edək ki, layihəyə 10 aprel 2009-cu il tarixində start verilib. Pilot mərhələsi 4 ay ərzində reallaşdırılacaq. “Xalq kompüteri” çərçivəsində kompüterlərin bazar qiymətindən 25-40% aşağı qiymətlərlə güzəştli şərtlərlə 12 aylıq faizsiz kreditlə təqdim olunması nəzərdə tutulur. Kompüterlərin təchizatı ilə HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti məşğul olacaq.İlkin mərhələlərdə güzəştli şərtlərlə 4 növdə kompüter və noutbuk (5000 ədəd) təqdim olunacaq. Azərbaycan hökuməti və dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilən bu layihənin məqsədi əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması, yerli istehsalın genişləndirilməsi və kompüterlərin lisenziyalı proqramlarla təmin olunmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Xalq kompüterinə” tələbat nəzərdə tutulmuş ilkin icra planını keçib

10-06-2009

“Xalq kompüteri” pilot layihəsinin birinci mərhələsi başa çatır

25-08-2009

Azərbaycanda “Xalq kompüteri” layihəsinin hazırlanması yekunlaşır

05-11-2008

Naxçıvanda “Xalq Kompüteri” layihəsinin tətbiqinə başlanılıb

09-07-2010

“Xalq kompüteri” pilot layihəsinin nəticələri açıqlanıb

17-11-2009

“Xalq kompüteri” layihəsinin tətbiqinə başlanılacaq

30-03-2009

ASB “Xalq kompüteri” layihəsinə maliyyə dəstəyi təqdim edib

13-06-2010

“Xalq kompüteri” pilot layihəsi başa çatır

08-09-2009

Gürcüstanda 1 ABŞ dollarına kompüter

22-09-2010

«Xalq Kompüteri» layihəsi növbəti mərhələdə

30-12-2009

“Xalq kompüteri” layihəsinə start verildi

11-04-2009

“Xalq kompüteri” layihəsinin startı mart ayına planlaşdırılıb

02-02-2009

«Xalq Kompüteri» layihəsini davam etdiriləcək

27-10-2009

“Xalq Kompüteri” layihəsi çərçivəsində yaxın bir ay ərzində yeni sistem tətbiq ediləcək

18-11-2009

Azercell Telecom “Xalq kompüteri” layihəsinə qoşulub

14-07-2010

Sabah Bakıda İnnovasiyalar Günü keçiriləcək

30-06-2010

“Xalq kompüteri” layihəsinə start verilir

10-04-2009

“Microsoft” Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib

25-12-2010

“Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı artıb

17-09-2015

“Xalq kompüteri” layihəsi növbəti mərhələyə qədəm qoyur

13-11-2009

ULTRA “Xalq kompüteri” layihəsinə dəstək verəcək

25-06-2010

«Xalq kompüteri» layihəsinin detalları açıqlandı

08-07-2008

“Xalq kompyuteri” layihəsi sınaqdan keçiriləcək

07-08-2008

“Xalq kompüteri” layihəsi bu il də olacaq

03-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə