İnklüziv cəmiyyət istiqamətində mütəmadi sosial layihələr həyata keçirən sərfəli mobil operator “Nar” bu dəfə əlilliyi olan şəxsləri kulinariya master-klasında bir araya gətirib.
Layihə iştirakçılarını “Nar”ın baş icraçı direktoru Özgür Genç salamlayıb: ““Nar” olaraq, uzun illərdir əlilliyi olan şəxslərin sosial, mədəni, təhsil və məşğulluq sahələrində bərabər və əlçatan imkanlardan faydalanmasını dəstəkləyən ardıcıl layihələr həyata keçiririk. Müxtəlif sahələri əhatə edən təşəbbüslərimizin əsas məqsədi hər kəsin özünə uyğun şəkildə iştirak edə, öz potensialını reallaşdıra və özünü cəmiyyətin bir parçası kimi hiss edə biləcəyi daha inklüziv mühitin formalaşmasına töhfə verməkdir. Bu yolda layihələrimizin iştirakçılarına və bizə dəstək olan tərəfdaşlarımıza təşəkkürümü bildirirəm.”
“Bütün Vücudlar Danışır” sosial layihəsi çərçivəsində keçirilən kulinariya master-klası “Hyatt Regency Baku” hotelində baş tutub. Tədbirin açılışında hotelin baş meneceri Orxan Ələkbərov çıxış edib, daha sonra master-klas baş aşpaz Kənan Balaşovun rəhbərliyi ilə davam edib.
İnklüziv və səmimi atmosferdə baş tutan master-klasda iştirakçılar komanda şəklində çalışaraq müxtəlif təamların hazırlanmasında iştirak ediblər, bu prosesdə həm yeni təcrübələr qazanıblar, həm də yaradıcı yanaşmalarını ortaya qoyublar.
Tədbir birgə fəaliyyətin yaratdığı isti ab-hava və iştirakçılar arasındakı səmimi ünsiyyətlə yadda qalıb.
Qeyd edək ki, “Bütün Vücudlar Danışır” sosial layihəsi mobil operator “Nar” və “DanceAbility Azərbaycan” tərəfindən həyata keçirilir. Layihənin 13 dekabr 2025-ci ildən start götürən hazırkı mərhələsində, 75 nəfəri əlilliyi olan şəxslər olmaqla, ümumilikdə 233 nəfər iştirak edib. “Bütün Vücudlar Danışır” sosial layihəsinin hədəfi təlim proqramları, master-klaslar, əlilliyi olan və olmayan şəxslərin birgə iştirak etdiyi rəqs və digər fəaliyyətlər vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.
“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 7 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.






























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları