Previous Next
Bağla

"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirib

17-03-2026 15:17
"Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirib

Sərfəli təklifləri və faydalı sosial layihələri ilə tanınan mobil operator “Nar” 2026-cı ildə də inklüziv cəmiyyətin formalaşması istiqamətində sosial layihələrinə davam edir. Qeyd edək ki, 2025-ci ildə “Nar”ın inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etmək məqsədilə “DanceAbility” sosial sahibkarlıq müəssisəsi ilə birgə keçirdiyi 10-a yaxın inklüziv layihə 500-dən çox şəxsi əhatə edib.

2025-ci ildə “Nar” Beynəlxalq Əlillər Günü (3 Dekabr) münasibətilə əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirmək və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa yönəlik maarifləndirici video çarxın hazırlanmasına da dəstək vermişdi.

Bu ildə də inklüziv layihələrlə cəmiyyətə töhfə vermək məqsədilə, “Nar” “DanceAbility” ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində “Bütün vücudlar danışır” inklüziv layihəsi həyata keçirilir. Layihənin məqsədi inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Hazırda “Bütün vücudlar danışır” layihəsində fiziki məhdudiyyəti olan və olmayan 75 şəxs iştirak edir. Müxtəlif yaş qruplarından olan bu iştirakçılara fərqli rəqs hərəkətləri üzrə məşğələlər keçirilir. Məşğələlər hər kəsin özünə uyğun şəkildə iştirak etməsi və rəqs hərəkətləri vasitəsilə özünü ifadə etməsi üzərində qurulub.

Ötən il ərzində layihədə ümumilikdə 587 nəfər iştirak edib, onlardan 396 nəfəri isə fiziki məhdudiyyəti olan şəxslər olub. Bu il ərzində də “Bütün vücudlar danışır” layihəsində iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçə edə və ya +994772828880 nömrəsi ilə “WhatsApp” üzərindən əlaqə saxlaya bilərlər. Məşğələlər hər şənbə günü Su idmanı sarayında, həftənin digər günləri isə Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin nəzdində fəaliyyət göstərən Şağan Reabilitasiya Pansionatında keçirilir.

“Nar”ın həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “ Nar ” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

03-12-2025

İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

17-03-2025

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

28-10-2024

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18-05-2026

“Nar”ın dəstəyi ilə “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutub

06-10-2025

“Nar” Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub

08-04-2026

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23-12-2025

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş olub

30-04-2026

“Nar” “Fərqli Fərdlər” Konqresində sosial layihələrlə bağlı təcrübəsini bölüşüb

14-03-2023

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

13-02-2026

“Nar” və Azərbaycan Gənclər Fondu “GəncVİZYON” layihəsinə start verir

04-02-2026

“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub

27-01-2025

“Nar” sığınacaqda yaşayan uşaqların yaradıcılıq təşəbbüsünə dəstək olub

17-02-2026

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

09-10-2025

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18-03-2026

"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub

27-02-2026

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

16-05-2025

“Nar” ötən il sosial layihələrə 5 milyon manatdan çox investisiya yatırıb

10-04-2023

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

23-09-2025

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

“Nar” sosial məsuliyyətli biznes modelini ADA Universitetində təqdim etdi

24-11-2023

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

19-06-2025

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

30-04-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə