“World Summit Award ” Azərbaycanda ilk dəfə keçiriləcək

12-09-2015 / 13:56

“World Summit Award “ (WSA)  beynəlxalq innovasiya forumu Azərbaycanda ilk dəfə təşkil ediləcək.

Xeberler.az-ın məlumatına görə, tədbir sentyabrın 18-də ADA Universitetində baş tutacaq.

Qeyd edək ki, tədbirdə maraqlı tərəflərin iştirakı ilə Azərbaycanda innovasiyaların inkişafı, sahibkarlıq konsepsiyası müzakirə olunacaq. Gəncləri İKT sahəsinə cəlb etmək kimi məsələlər xarici  ekspertlərlə birgə müazakirə ediləcək.

Forum aşağdakı üç istiqamət üzrə işini davam etdirəcək:

Liderlik

İnnovasiya və sahibkarlıq mövzusunda interaktiv müzakirə

Azərbaycanda startap sahəsində təşkil olunan tədbirlər barədə qarşılıqlı fikir mübadiləsi

 Xatırladaq ki, “The World Summit Award  2015” (WSA) qlobal innovativ yarışmadır. Yarışın məqsədi ən yaxşı rəqəmsal layihələri , innovativ tətbiqləri seçib, dəstək verməkdir. Bir müddət öncə müxtəlif nominasiyalı layihələrimiz   "World Summit Award 2015" müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazandılar.

Bakıda keçiriləcək forumda finalçıların adları da açıqlanacaq.

Tədbirdə iştirak edəcək xarici ekspertlər barədə buradan ətraflı məlumat ala bilərsiniz.

Forumda qeydiyyat üçün bu ünvanlarla [email protected] ovə ya mob:0505747454 əlaqə saxlayın. 

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə