Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir.
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Xeberler.az ötən icmalı sentyabrın 7-də təqdim etmişdi.
Ötən həftə hamının diqqət mərkəzində olan məsələ Prezidentin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı oldu.
Prezident çıxışında Hökumətin yeni situasiyadakı fəaliyyətindən danışaraq innovasiyalara üstünlük veriləcəyini qeyd edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə hər ay keçirilən “Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirildi.
Brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər barədə məlumatlar verildi.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftənin diqqət çəkən məqamlarından biri də yeni yaradılan Aztelphone xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrini xaricə daşıya biləcəkləri barədə xəbər oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Azərbaycanda İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən biri- Milli Net 2015 müsabiqəsinə hazırlıqlar başladı.
Hazırda Təşkilat Komitəsi tərəfindən Milli Net müsabiqəsinin ötən illərdəki nəticələri, nominasiyalar və münsiflər heyətinin tərkibi üzrə müzakirələr aparılır.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə sosial medianın diqqətini çəkən məlumat Vençur fondlarının ölkəmizdəki fəaliyyəti ilə bağlıdır.
Ekspertlər və mütəxəssislər ölkəmizdə vençur fondlarının fəaliyyətindəki problemləri və bu sahənin inkişaf mexanizmini şərh edib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Daha bir maraqlı xəbər ötən həftə Azərbaycan sənaye portalının istifadəyə verilməsidir.
Azərbaycan sənayesi, bu sahədə görülən işlər və həyata keçirilən layihələr barədə ictimaiyyətin daha geniş məlumatlandırılması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən www.senaye.gov.az portal istifadəyə verilib.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Ötən həftə bütün dünyanın diqqəti Apple –in yeni məhsullarının təqdimatında oldu. Dünyanın əksər ölkələri təqdimatı canlı yayımlayırdı. Sosial şəbəkələrdə ən çox maraq doğuran Apple məhsulu isə iPhone 6s və iPhone 6s Plus oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Növbəti günlərimizdə İKT Qadınlar Klubu “Summer Camp” tədbiri keçirəcək.
Sentyabrın 20-də Bakıda “Femmes Digitales – Azərbaycan qadınları İKT-də” klubunun “Summer Camp” tədbiri keçiriləcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“World Summit Award ” Azərbaycanda ilk dəfə keçiriləcək.
Forumda Azərbaycanda innovasiyaların inkişafı, sahibkarlıq konsepsiyası müzakirə olunacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri