Previous Next
Bağla

ASAN İMZA mobil elektron xidmətindən istifadə 2,5 manat təşkil edəcək

20-07-2018 16:37
ASAN İMZA mobil elektron xidmətindən istifadə 2,5 manat  təşkil edəcək

İstifadəçilərin çoxsaylı müraciətləri və təkliflərilə əlaqədar olaraq artıq 01 iyun 2018-ci il tarixindən etibarən Asan İmza ilə aparılan bütün tranzaksiyalara görə ödəmələr ləğv edilmişdir. Artıq xidmətdən istifadə limitsizdir. Bir SİM karta eyni anda bir neçə sertifikat yükləmək mümkündür. Bura eyni tariflə vətəndaş və hüquqi şəxslər üçün nəzərdə tutulan sertfikatlar da daxildir. Xidmətdən istifadə edənlərin sayının çoxaldığını və tranzaksiyaların miqdarının artdığını nəzərə alaraq onların ödənişsiz həyata keçirilməsi qərara alınmışdır.

Xeberler.az bildirir ki, 15 avqust 2018-ci il tarixindən etibarən Asan İmza mobil elektron imza xidmətindən istifadənin qiyməti 1 manat yerinə 2,5 manat (ƏDV daxil) təşkil edəcəkdir. Dəyişikliklərin təşəbbüskarı kimi xidmətin operatoru olan BEST Solutions şirkəti çıxış etmişdir.

Qeyd edək ki, Azərbaycan Asan İmza mobil identitet və imzanın buraxılışı üzrə layihənin reallaşdırıldığı dünyada ilk 10 ölkənin siyahısına daxil edilmişdir. Regionda Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstanın daxil olduğu bir sıra ölkələrdə ən təhlükəsiz, istifadədə asan və İnternetə məhdud çıxışı olan istifadəçilər üçün əlyetərlilik baxımından bu texnologiyanın tətbiq edilməsini planlaşdırılır. Bununla yanaşı Asan İmza bazar rəqabətinin qaydalarını gözləyərək Azərbaycanda Elektron Rəqəmsal İmza (e- imza) ilə bərabər şəkildə qüvvədədir. Bu isə istifadəçilərə üstün variant seçimində dayanmağa imkan verir.

Asan İmza mobil elektron imza xidmətinin qiymətinin qaldırılması iqtisadi amillər, xarici valyutanın kursundakı dəyişikliklər, Azərbaycanda müxtəlif xidmətlərin qiymətindəki artım, eləcə də təhlükəsizlik sisteminin yenilənməsində önəmli olan sistemə ümumi yükləmələrin artması, xarici vendorlar tərəfindən xidmətə olan xərclərin artması, xarici lisenziyaların əldə edilməsi ilə şərtlənir ki, bu xərclərin də ekvivalenti dollar ilə hesablanır. Hətta bu halda belə Asan İmza operatoru üçün birinci yerdə istifadəçilərin təklifləri durur ki, bunun əsasında bütün tranzaksiyaların ödənişsiz edilməsi qərara alınmış və bu qərar sayəsində bütün Asan İmza sahibkarları xidmətdən hər hansı bir məhdudiyyət olmadan istifadə edə bilcəklər.

“Bu gün bir çox ölkələr maliyyə və dövlət sistemlərinə kiber təhlükənin sayının artması ilə qarşılaşırlar. Cinayətkarlar bank xidmətinin istifadəçilərinin parollarını sındırır, sosial şəbəkələrdə nəinki adi istifadəçilərin, hətta iri şirkətlərin belə fərdi məlumatları və hesablarının oğurlanması kütləvi şəkildə həyata keçirilir. Arasıkəsilməz diversiyalar və kiber hücumlar şəraitində ölkənin informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi fiziki sərhədlərin qorunmasından daha vacib strateji məsələdir. Asan İmza mobil elektron imza bu şəkildə qorunmanın sərhədlərindən biridir. Məhz bu səbəbdən biz Asan İmza xidmətinin keyfiyyətli şəkildə təqdim edilməsindəki köməyə və dəstəyə görə Azərbaycanın hər üç mobil operatoruna minnətdarlığımızı bildirmək istəyirik.

Eyni zamanda sertifikatların verilişi zamanı vətəndaşların identifikasiyasının təmin edilməsində innovativ xidmətlərin lokomotivi sayılan Azərbaycan Respublikası Vergilər Nazirliyinə xüsusi təşəkkür bildiririk. Onların sayəsində əminik ki, vətəndaşların imza sertifikatları yad əllərə düşmür. Daha bir minnətdarlığı ASAN Xidmət mərkəzlərinə bildirmək istəyirik, çünki onlar “Asan İmza”nı ölkəmizin istənilən nöqtəsində əldə etmək üçün vətəndaşlara şərait yaradırlar.

Kök sertifikatın etibarlılığı isə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təmin edilir. Daha bir minnətdarlıq maliyyə sektoru və innovativ təhlükəsiz elektron xidmətlərin təqdim edilməsinə görə “Asan İmza” xidmətinin bütün digər partnyorlarına bildirilir.

Xidmətin bütün fəaliyyəti boyu bu xidmətin göstərilməsilə bağlı heç bir münaqişə baş verməmişdir. Bundan əlavə istənilən demokratik respublika kimi Azərbaycan bazar iqtisadiyyatının qaydalarına riayət edir. Bu səbəbdən ölkənin bazarlarında bərabər şərtlərdə iki rəqabət göstərən məhsul - Asan İmzaE-imza tələbatçılara seçim hüququ təqdim edir. Bu, ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən də çox vacibdir, çünki bu hal bir identitet sistemindən imtina zamanı digərindən istifadəyə keçidi təmin etməyə imkan verəcəkdir.

Biz anlayış və dəstəyə, həmçinin vətəndaşlarımızın fərdi məlumatlarının yüksək şəkildə qorunması ilə birlikdə innovativ, təhlükəsiz Azərbaycanın yaradılmasındakı birgə töhfəyə görə Asan İmza-nın bütün istifadəçilərinə minnətdar olacağıq. Yalnız birgə səy nəticəsində biz ölkəmizin kiber təhlükəsizliyini təmin etmiş olacağıq.

Bundan əlavə, vətəndaşlarımızın sərf etdiyi sıfır vaxt ilə avtomatlaşdırılmış elektron xidmətlərin yaradılması üzrə istifadəçilərimizin təkliflərini eşitməyimizdən məmnun qalacağıq. Gəlin bunun üçün birgə səy göstərək”, - deyə Asan İmza mobil elektron imzanın operatoru olan BEST Solutions Azərbaycan şirkətinin rəhbəri xanım Jana Krimpe bildirmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Asan İmza ödənişsiz oldu

22-05-2020

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir

15-03-2013

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

Asan imza-nın Asan xidmətə aidiyyəti yoxdur

17-08-2018

Asan İmza xidməti artıq Bank BTB ASC–də

28-09-2018

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

21-12-2023

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016

Azercell: "Asan İmza"nın fəaliyyəti bərpa edilib

04-03-2025

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026

Koreya Azərbaycanın “Asan İmza” təcrübəsini öyrənəcək

23-08-2016

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Asan İmza” Rusiyada təqdim ediləcək

14-09-2016

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

Xarici mütəxəssislər “Asan İmza” texnologiyası ilə tanış olub

14-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə