“ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər müzakirə ediləcək

15-09-2016 / 16:16

Sabah Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, toplantıda dövlət xidmətlərinin qiymətləndirlməsi üzrə “ASAN Xidmət İndeksi” ətrafında müzakirələr aparılacaq.

Qeyd edilib ki, Şura tərəfindən ASAN Xidmət İndeksi” ilə bağlı təkliflər hazırlanıb və bu təkliflər toplantıda müzakirə olunacaq.

Sabahki tədbirdə Dövlət Xidmətləri haqqında Qanun Layihəsi ilə bağlı İctimai Şura tərəfidnən hazırlanan təkliflər də müzakirə olunacaq.

Təkliflərin yekun variantları VXSİ Dövlət Agentliyinə təqdim ediləcək.

Xeberler.az  olaraq  ASAN-da  adı çəkilən qiymətləndirmə indeksinin hazırlanması istiqamətində işlərin aparılması haqqında məlumat vermişdik.

Məlumat üçün bildirək ki “ASAN Xidmət İndeks” nin yaradılması  Prezidentin  “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə sənəddə nəzərdə tutulub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə