Previous Next
Bağla

"Kibertəhsil və süni intellekt" mövzusunda şəbəkələşmə görüşü keçirilib

15-09-2026 16:46
"Kibertəhsil və süni intellekt" mövzusunda şəbəkələşmə görüşü keçirilib

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin həyata keçirdiyi "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" layihəsi çərçivəsində "Kibertəhsil və süni intellekt" mövzusunda işgüzar səhər yeməyi formatında şəbəkələşmə görüşü keçirilib.

Xeberler.az məlumat verir ki, görüşün əsas məqsədi kibertəhsil sahəsində mövcud vəziyyəti və inkişaf imkanlarını müzakirə etmək, süni intellektin təhsil prosesinə inteqrasiyası ilə bağlı yanaşmaları bölüşmək, informatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparmaq olub.

Tədbirdə AKTA ekspertləri və üzv şirkətlərin nümayəndələri, Kiber Klub təmsilçiləri, təhsil sahəsinin nümayəndələri və digər aidiyyəti tərəflər iştirak ediblər. Görüş çərçivəsində təhsil və kibertəhlükəsizlik sahələri arasında əməkdaşlığın gücləndirilməsi, təhsil mühitində informasiya təhlükəsizliyi üzrə maarifləndirmənin genişləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Tədbirin açılışında AKTA-nın icraçı direktoru Rauf Cabarov çıxış edərək həyata keçirilən layihənin məqsədləri, əhatə dairəsi və əhəmiyyəti barədə məlumat verib. O, həmçinin AKTA-nın kibertəhsil istiqamətində həyata keçirdiyi tədbirlər və qarşıdakı fəaliyyət planı haqqında danışıb.

Daha sonra AKTA eksperti Lalə Kərimova "İnformatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi kompetensiyalarının qiymətləndirilməsi üzrə analitik hesabat"ı təqdim edib. Təqdimat zamanı informatika müəllimlərinin rəqəmsal və informasiya təhlükəsizliyi üzrə mövcud kompetensiyalarının qiymətləndirilməsinin nəticələri, əsas ehtiyaclar və inkişaf etdirilməsi vacib olan istiqamətlər diqqətə çatdırılıb.

Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov çıxışında layihənin təhsil sistemi üçün əhəmiyyətindən bəhs edib. O, informasiya texnologiyalarının təhsil prosesində geniş tətbiq olunduğu şəraitdə müəllim və şagirdlərin informasiya təhlükəsizliyi üzrə biliklərinin artırılmasının vacibliyini qeyd edib və bu istiqamətdə AKTA ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

AKTA eksperti Cavid Şahmuradov süni intellekt mövzusunda təqdimatla çıxış edərək texnologiyanın təhsil sahəsində yaratdığı imkanlar, onun tədris prosesində tətbiqi və bu prosesdə diqqət yetirilməli məsələlər barədə fikirlərini bölüşüb. Süni intellekt alətlərindən səmərəli və məsuliyyətli istifadənin, eləcə də bu texnologiyaların yaratdığı yeni imkan və çağırışların nəzərə alınmasının vacibliyi qeyd olunub.

Təhsil İnstitutu yanında Tədris Resursları Mərkəzinin direktor müavini İsmayıl Sadıqov çıxışında orta məktəblər üçün informatika dərsliklərinin hazırlanması prosesi barədə məlumat verib. O, müasir təhsil tələblərinin və rəqəmsal bacarıqların dərslik və tədris resurslarında nəzərə alınmasının əhəmiyyətinə toxunub.

Görüşdə AKTA-nın ekspert komitələrinin sədrləri və katibləri də çıxış edərək rəhbərlik etdikləri komitələrin fəaliyyət istiqamətləri, həyata keçirilən təşəbbüslər və kibertəhlükəsizliyin müxtəlif sahələri üzrə aparılan işlər barədə məlumat veriblər. Çıxışlar zamanı müxtəlif sektorlar arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları da müzakirə olunub.

Görüş çərçivəsində AKTA-ya yeni qəbul olunmuş ekspert, "Deloitte Azərbaycan" MMC-nin Texnologiya və Transformasiya üzrə Baş Meneceri Ayan Sadıqova süni intellekt mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı süni intellektin təhsil sahəsində tətbiq imkanları, yaratdığı yeni perspektivlər və bu texnologiyadan səmərəli və təhlükəsiz istifadənin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Görüş iştirakçıların qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Müzakirələr zamanı kibertəhsilin inkişafı, süni intellektdən təhsil məqsədləri ilə istifadə, müəllim və şagirdlərin informasiya təhlükəsizliyi üzrə bacarıqlarının artırılması və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

Tədbirin yekun hissəsində AKTA-nın yeni ekspertlərinin təqdimatı keçirilib və onlar öz fəaliyyətləri barədə qısa məlumat veriblər.

Görüş təhsil, kibertəhlükəsizlik və texnologiya sahəsində fəaliyyət göstərən tərəflər arasında əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma olub.

AKTA-nın təqdim etdiyi "İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı" layihəsi Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsinin qalibi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

İnformatika müəllimlərinə kibertəhlükəsizlik üzrə təlim keçirilib

22-05-2026
AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

AKTA il ərzində 8 mindədək mütəxəssisi bir araya gətirib

18-12-2025
“Kiber Təhsil Konfransı” keçirilib

“Kiber Təhsil Konfransı” keçirilib

27-08-2025
AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

18-12-2025
Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

Saatlıda kibertəhlükəsizlik üzrə təhsil layihəsinə başlanılıb

17-09-2025
AKTA və AzTU yeni layihəyə başladı

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022
AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

AKTA-nın 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib

21-12-2024
AKTA UNEC-də seminar təşkil edib

AKTA UNEC-də seminar təşkil edib

03-03-2026
AKTA-ya icraçı direktor təyin edilib

AKTA-ya icraçı direktor təyin edilib

22-04-2025
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

“Hibrid təhdidlərə qarşı mübarizə” layihəsinin ilk tədbiri keçirilib

06-11-2025
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

“Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi” seminarı keçirilib

03-11-2025
AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

AKTA-nın tərəfdaşlığı ilə “Cyber Day” tədbiri keçirilib

26-11-2025
II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025
Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

Milli Kibertəhlükəsizlik İndeksi təqdim olunub

01-11-2024
“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

“Kibertəhlükəsizlikdə İdarəetmə, Risk və Uyğunluq” tədbiri keçirilib

17-10-2025
AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

AKTA üzvü olan şirkətlər ilə görüş keçirilib

30-09-2025
"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

02-11-2022
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026
"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

"Kiber İnsidentlərə Müdaxilə" tədbiri keçirilib

13-04-2026
Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına 34 yeni üzv qoşulub

19-12-2024
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
"Təhsildə rəqəmsallaşma" mövzusunda təlim keçirilib

"Təhsildə rəqəmsallaşma" mövzusunda təlim keçirilib

16-07-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə