Yeni tədris ili ərəfəsində “Azercell Könüllüləri” növbəti sosial təşəbbüsünü həyata keçirib.
Layihə çərçivəsində 60-dan çox məktəbliyə yeni dərs ilinə hazırlıq üçün zəruri məktəb ləvazimatları və hədiyyələr təqdim olunub.
Hədiyyələr hər bir şagirdin fərdi ehtiyacları nəzərə alınaraq seçilib. Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən təşəbbüs çərçivəsində könüllülər şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin məktəbli övladlarını ziyarət edərək yeni dərs ili sevincini onlarla bölüşüblər.
Məktəblilərin siyahısı yerli icra hakimiyyəti orqanları və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əvvəlki layihələr çərçivəsində təqdim etdiyi məlumatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “Azercell Könüllüləri” 2001-ci ildən fəaliyyət göstərir. Könüllülər təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində müxtəlif təşəbbüslər həyata keçirir, həssas sosial qruplara dəstək göstərir, uşaqların və gənclərin inkişafına yönəlmiş layihələrdə fəal iştirak edirlər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları