Previous Next
Bağla

Azərbaycanın Mərkəzləşdirilmiş elektron poçt xidmətləri kibercasusluğun hədəfində

01-04-2023 15:30
Azərbaycanın Mərkəzləşdirilmiş elektron poçt xidmətləri kibercasusluğun hədəfində

Azərbaycanda dövlət qurumlarının istifadəsi üçün yaradılmış Mərkəzləşdirilmiş elektron poçt xidmətinin Rusiyanın “Winter Vivern” adlı kiberqruplaşması olan “Zimbra Colloboration” serverləri ilə əlaqəsi yoxdur.

Bu barədə Xeberler.az-a dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata görə, “Zimbra”ya rəqib olan “Proofpoint” şirkətinin açıqladığı hesabatda “Zimbra Colloboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi ilə bir sıra ölkələrdə kibercasusluq əməliyyatları etdiyi iddia olunur.

"Sözügedən hesabatda Azərbaycanın da hədəflər içərisində olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kibercasusluğun uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib.

“Dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti "Zimbra" platforması üzərində qurulmayıb. Hazırda Xidmətimiz tərəfindən 250 dövlət qurumunun 500-dən çox domeni üzrə 30 000-ə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən isifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaqdır", - Xidmətdən bildirilib.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür:

“Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir. Bunların arasında kibercasusluq məqsədi ilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il mütəxəssislərimiz tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş 48 saxta domen yaradılması halları müəyyən edilmiş, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb.”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın dövlət qurumlarını təqlid edən saxta domenlər aşkarlanıb

01-04-2023

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib

25-11-2024

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

02-04-2024

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

Dövlət Xidməti I yarımildə 52 saxta domenin fəaliyyətinin qarşısını alıb

28-07-2023

Saxta “govaz.am” domeni dövlət qurumlarımızı hədəf aldığını göstərir

21-02-2025

XRİTDX: Ötən il dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

08-01-2026

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

23-09-2023

Dövlət qurumlarına qarşı 700-dən çox kiberhücumunun qarşısı alınıb

05-11-2025

Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

07-10-2025

Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt blok edilib

31-10-2023

XRİTDX: 1 milyondan çox kibertəhdid zərərsizləşdirilib

07-04-2026

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023

Ötən il 3800-ə qədər istifadəçi hakerlərin qurbanına çevrilib

07-01-2025

“AzStateNet”-də yeni nəsil mühafizə avadanlığı və kiber həllər vasitəsilə kiberhücumların qarşısı alınıb

17-01-2024

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025

Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

17-04-2023

Dövlət Xidməti 6 ayda 1,5 milyona yaxın elektron məktubu blok edib

31-07-2023

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022

COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

27-11-2024

Azərbaycanın bir sıra dövlət qurumu və banklara kiberhücumlar olub

08-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə