Previous Next
Bağla

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

02-04-2024 13:16
Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib.

Xeberler.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov “Rəqəmsal cinayət prosesi: Müasir Çağırışlar və Hədəflər” mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, ötən il aprılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib: “Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb. Kiberhücum cəhdlərinin analizi ilə Xidmətimiz tərəfindən 1162 xüsusi kiberhücum indikatoru müəyyən edilərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb. Həmçinin 2023-cü il ərzində “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911,430,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7,464,500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103,650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməmişdir. Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınmış və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb".

Allahverən İsmayılov həmçinin əlavə edib ki, Xidmət tərəfindən dövlət qurumlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı da zəruri tədbirləri həyata keçirilir: "Hazırda 30 000 dövlət qulluqçusunun istifadə etdiyi mərkəzləşmiş elektron poçt sistemi vasitəsi ilə dövlət qurumları əməkdaşlarını hədəfləyən kiberhücumların qarşısı mərkəzi qaydada, olduqca effektiv şəkildə alınır. Belə ki, bu sistem vasitəsi ilə cari ilin ötən dövrü ərzində 16 milyon 993 min elektron poçt emal edilmişdir ki, onlardan 15 milyon 577 min istifadəçilərə çatdırılmış, 1 milyon 416 min elektron poçtun zərərli tərkibli olması müəyyənləşdirilərək blok edilib. Hazırda bu sistemin təkmilləşdirilməsi və istifadəçi sayının 60 000-ə çatdırılması üzrə işlər yekunlaşmaq üzrədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzStateNet”-də yeni nəsil mühafizə avadanlığı və kiber həllər vasitəsilə kiberhücumların qarşısı alınıb

17-01-2024

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Dövlət Xidməti I yarımildə 52 saxta domenin fəaliyyətinin qarşısını alıb

28-07-2023

XRİTDX: Ötən il dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

08-01-2026

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025

Dövlət qurumlarına kiberhücumlar 10 faizdən çox azalıb

08-01-2025

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Dövlət qurumlarına kiberhücumlar 16 faizdən çox azalıb

18-12-2024

Dövlət qurumlarına kiberhücumlar azalıb

12-10-2024

Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

07-10-2025

Dövlət qurumlarına edilən kiberhücumların sayı artıb

02-04-2025

Dövlət qurumlarına kiberhücumların sayı artıb

06-05-2025

Dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb

07-11-2024

Dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb

05-09-2024

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

Dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib

25-11-2024

Bu il 679 mln. zərərverici keçid blok edilib

22-11-2024

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

05-03-2025

Dövlət qurumlarına qarşı 700-dən çox kiberhücumunun qarşısı alınıb

05-11-2025

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı noyabrda azalıb

03-12-2025

“Dövlət qurumlarının saytlarına 911 milyondan çox zərərli keçid bloklanıb”

02-02-2024

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 40 faiz azalıb

05-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə