“Azercell Telekom” MMC yaz aylarında abonentlərinə daha bir sürpiz hazırlayıb. Həmişə sərfəli endirim kampaniyaları təqdim edən “Azercell” bu dəfə Fakturalı xətt abonentlərini sevindirəcək.
Belə ki, şirkət bu ayın 10-dan etibarən Data Paketləri üzrə verilən meqabaytların (MB) həcmini artırır. Əvvəlki tariflər qalmaqla indi Azercell Fakturalı xətt abonentləri 25 MB GPRS paketinin əvəzinə 30 MB, 50 MB GPRS paketi əvəzinə 60 MB və müvafiq olaraq 150 MB GPRS paketində 300 MB əldə edəcəklər. Məlumat üçün bildirək ki, 30 MB GPRS paketini abonent 5 manat, 60 MB GPRS paketini 9 manat, 300 MB GPRS paketini isə 20 manat ödəməklə əldə edə bilər.
Qeyd edək ki, “Azercell” DataKart xidmətinin köməyi ilə abonent internetə, elektron poçtuna, korporativ şəbəkələrə istənilən vaxt və istənilən yerdə çıxış əldə edə bilər. “Azercell”-in DataKart xidməti vasitəsilə abonent istənilən yerdə internetə qoşulmaq imkanı əldə edir. Bundan başqa, DataKart özündə güclü SMS redaktoru və SMS-ləri oxumaq üçün proqramı cəmləşdirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri