Previous Next
Bağla

Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMA

14-01-2011 02:45
Telefondan internetə girmək neçə konturadır?- ARAŞDIRMA

Mobil telefon vasitəsilə internetə daxil olmaq indi çox sadə və rahatdır. Belə ki, biz yolda, nəqliyyatda və ya kompüter olmayan bir məkanda olduqda belə, internetdən istifadə edə bilirik. Bu imkanı bizə mobil telefon yaradır. Azərbaycanda olan mobil operatorlar – Bakcell, Azercell və NarMobile istifadəçilərinə internet xidməti təklif edir. Operatorların rəsmi saytlarına istinad etməklə, bu xidmətin dəyərini müqayisə etməyə çalışaq. (P.s. Bakcell və Azercell operatorlarının kontur qiyməti müxtəlif olduğundan, müqayisə aparmaq üçün 10 AZN-lik konturları ortaq dəyər seçmişik).

Əgər siz internetlə bağlı heç bir kampaniyaya qoşulmamısınızsa, sadəcə olaraq əlinizə telefon götürüb internetə daxil olursunuzsa, onda hər 1 Mb (Meqabayt) üçün ödəməlisiniz:

- Bakcell abunəçiləri – 0.18 AZN (100 kontur)
- NarMobile abunəçiləri – 0.20 AZN
- Azercell (Sim-Sim) abunəçiləri – 0.67 AZN (200 kontur)/ Fakturalı xətt abunəçiləri – 0.60 AZN

Amma əgər siz mobil internetdən mütəmadi istifadə edirsinizsə, onda müxtəlif operatorlarda kampaniyayalara, GPRS paketlərinə qoşularaq, internetdən daha ucuz qiymətə istifadə edə bilərsiniz.

Bakcell
Bakcell abunəçiləri üçün limitli və limitsiz GPRS paketləri təklif edir. İnternetdən 36 saat ərzində limitsiz istifadə 1 000 kontur (1.80 AZN), 15 günlük limitsiz istifadə 15 000 kontur (27 AZN), 30 günlük limitsiz istifadə isə 27 000 kontur (48.60 AZN) dəyərindədir.
Budan başqa, Bakcell 30 gün ərzində limitli paketlər də təklif edir. Belə ki, 16 Mb internet qiyməti 700 kontur (1.26 AZN), 40 Mb 1 000 kontur (1.8 AZN), 150 Mb isə 2 700 kontur (4.86 AZN) qiymətindədir.

Azercell
Azercell, abunəçilərinə limitli internet paketləri təqdim edir. Bu operatorda siz 3 Mb internet trafiki üçün 150 kontur (0.50 AZN), 10 Mb üçün 650 kontur (2.17 AZN), 30 Mb üçün 1 000 kontur (3.33 AZN), 100 Mb üçün 2 300 kontur (7.60 AZN), 500 Mb üçün 6 500 kontur (21.45 AZN), 1 Gb üçün 11 500 kontur (38.00 AZN), 5 Gb üçün 16 250 kontur (53.60 AZN) ödəməlisiniz.
Azercell, həmçinin kompüterdə internetdən istifadə etmək imkanı da yaradıb. Belə ki, kompüterdə 1 saat internetdən istifadə etmək üçün 75 kontur (0.25 AZN), 3 saat üçün 180 kontur (0.60 AZN), 5 saat üçün 300 kontur (1.00 AZN), 10 saat üçün 500 kontur (1.65 AZN), 30 saat üçün isə 1250 kontur (4.10 AZN) ödəməlisiniz. Həmçinin Azercell Fakturalı xətt abonentləri 200 saat üçün 13.80 AZN ödəməlidir.

Data Kart

Bakcell

Bakcell, 3.5G Data Kartının qiyməti 55 AZN-dir. 30 gün limiti olan bu paket vasitəsilə siz 500 Mb üçün 20 AZN, 1 Gb üçün 25 AZN, 5 Gb üçün isə 35 AZN ödəməlisiniz.

Azercell

Azercell, 3G Data Kart vasitəsilə internet təklif edir. Data kartı əldə etmək üçün 49 AZN, 10 Mb internet üçün 2 AZN, 30 Mb üçün 3 AZN, 100 Mb üçün 7 AZN, 500 Mb üçün 20 AZN, 1 Gb üçün 35 AZN, 5 Gb üçün isə 50 AZN ödəməlisiniz.

Nar Mobile

Nar Mobile, 3G Data Kartını 39 AZN-ə təklif edir. Bu paketdə siz 60 Mb üçün 3 AZN, 240 Mb üçün 6 AZN, 800 Mb üçün isə 20 AZN ödəməlisiniz./// deyerler.org

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

«Azercell» Naxçıvanda endirimli GPRS zonası yaradıb

03-08-2010

“Bakcell” yeni kampaniyaya start verir

21-12-2010

Azercell MMC PayCELL xidmətindən istifadəni beş dəfə artırıb

14-09-2009

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011

“Azercell Telekom” 7 günlük Zəngimcell xidmətini istifadəyə verib

01-10-2010

Bakcell BMW hədiyyə edib

16-03-2011

Azercell multimedia mesajlarının qiymətini azaldıb

01-10-2009

Azercell SimKredit xidmətinə dəyişiklik edib

01-10-2009

Azercell abonentlərinə güzəştli SMS paketləri

22-12-2009

Bakcell istifadəçilərinə xoş xəbər

16-10-2010

Bakcell Ödəmə Terminallarını quraşdırdı

25-08-2010

Azercell-in “Yeni il 2009” kampaniyası

04-12-2008

“Azercell” MMS-in həcmini 3 dəfə artırdı, qiyməti isə dəyişməz qaldı!

13-01-2009

"Bakcell" artıq konturların ləğvi ilə bağlı abunəçilərinə xəbərdarlıq etdi

20-04-2011

Nar Mobile «Nar Prestij» nömrələrin satışını həyata keçirir

17-09-2009

CityNet internet qiymətlərini endirdi

19-03-2018

1 AZN-ə 3G+ internet

08-07-2011

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

Azercell ZengimCELL xidmətində yenilik edib

17-03-2009

Xalq Bankdan Bakcell abunəçiləri üçün yenilik

30-12-2015

Nar Mobile yeni abunəçilər üçün 50% qədər güzəşt imkanı yaradır

10-12-2009

Pul sisteminə keçən "Bakcell"də konturların aqibəti necə olacaq?

01-05-2011

“BAKCELL” bonus kampaniyasının müddətini uzadıb

13-03-2009

Azercell-in məlumat-əyləncə tətbiqi yeniləndi

07-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə