“Azercell” insan alverinə qarşı mübarizəyə dəstəyinə görə mükafat aldı.

18-09-2010 / 03:59

Dünyanın bir nömrəli problemlərindən olan insan alveri ilə mübarizə üzrə bir çox beynəlxalq hərəkatlar var. Azərbaycan da insan alverinə qarşı mübarizədə aktiv şəkildə iştirak edir. Bu işdə dövlət orqanları ilə yanaşı, Azercell Telekom-da fəal tərəfdaşlıq nümayiş etdirir.

Azərbaycanın ən iri özəl şirkətlərindən olan “Azercell Telekom” MMC də “YES” Azərbaycan İnsan Alverinə Son Qoyaq Kampaniyasının iştirakçısıdır. Bu kampaniya çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin baş tutmasını dəstəkləyib. Bu tədbirlər sırasına Latviyanın eks-prezidenti, BMT-nin baş katibinin xüsusi müşaviri Vayra Vike-Freyberq Azərbaycana səfəri də daxildir. Səfər zamanı xanım Vike-Freyberq rəsmi görüşlər keçirib, Azərbaycanın uşaq evləri, ali təhsil ocaqlarında çıxış edib. Sentyabrın 16-da “Excelsior” otelində “Azercell Telekom” MMC şirkətinin dəstəyi ilə “YES” Gənclərin Məşğulluq Sistemi Kampaniyasinin 8 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu toplantıda xanım Vike-Frayberq insan alverinə qarşı mübarizə aparan kampaniyanın iştirakçılarına – millət vəkilləri, qeyri-hökumət təşkilatları və özəl şirkət nümayəndələrinə mükafat tədim edib.

Tədbirdə Latviyanın eks prezidenti Vayra Vike-Freyberq “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağana da mükafat verib. “Azercell” İnsan Alerinə Son Qoyaq kampaniyasına əvəzedilməz töhfəsinə görə bu mükafata layiq görülüb. Mükafat şirkətin Korporativ Əlaqələr və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadəyə təqdim edib.

Bununla bərabər Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova əməkdar artist Tünzalə Ağayevaya da mükafatlar təqdim olunub.

Qeyd edək ki, Tünzalə Ağayevanın “Sülhü qoruyaq” adlı layihəsi məhz “Azercell”in dəstəyi ilə reallaşıb.

“YES” Gənclərin Məşğulluq Sistemi Kampaniyası 2002-ci ildə Misirin Birinci xanımı Süzanna Mübarək və ABŞ prezidenti Bill Klintonun dəstəyi ilə başlayıb. 2004-cü ildə Meksika, 2006-cı ildə Keniya, 2008-ci ildə Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Süzanna Mübarəkin rəhbərliyi ilə Bakıda 4-cü qlobal sammit keçirilib.

Növbəti tədbir isə bu ilin dekabr ayında Misir Ərəb Respublikasının Luxor şəhərində “İnsan Alverinə Son” Forumu olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə