Previous Next
Bağla

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022 12:48
“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xidmətlərin əlçatanlığının və dayanıqlığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na miqrasiya çərçivəsində İT sistem və resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə köçürür.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” həyata keçirilir. Keçid planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.

“Azərişıq” ASC-nin ilkin mərhələdə “Hökumət buludu”na miqrasiyanın təmin edilməsi məqsədilə təqdim edilən İnfrastruktur (IaaS – İnfrastructure as a Service) və Rezervlənmə (BaaS – Backup as a Service) bulud xidmətlərini əldə etməsi ilə bağlı razılıq əldə edilib.

Qurum informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb.

Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün “Veeam” platforması ilə təmin edilib.

Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malik olan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-05-2025

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

İnnovasiyalar Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-06-2025

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025

AYNA informasiya sistemlərini “Hökumət Buludu”na köçürüb

10-12-2025

“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb

15-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə