Savadlılığın yeni tərifi texnologiya ilə sıx bağlıdır. Texnologiyadan danışarkən, söhbət süni intellektdən gedir. Dünyada bu texnologiyanı yaradanlar (makers) və onu mənimsəyib istifadə edənlər (takers) var.
Xeberler.az məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sentyabrın 17-də “Baku ID 2026” innovasiya festivalının açılışında deyib.
“Hesab edirəm ki, 2030-cu ilə qədər olan növbəti dövr üçün əsas məqsədimiz bu texnoloji dəyişikliyin gətirə biləcəyi imkanların çox ixtisaslı, çox səriştəli istifadəçisi və mənimsəyicisi olmaqdır. Bizim əsas hədəfimiz Azərbaycan iqtisadiyyatının mürəkkəbliyinin artırılması adlandırdığımız məsələdir. Sadə dillə desək, bu, yalnız daha çox mal deyil, həm də daha çox əlavə dəyər yaradan mallar və xidmətlər istehsal etmək deməkdir. Əlbəttə ki, bunun üçün əsas açar istedad, texnologiya və ekosistemin birliyidir. Beləliklə, dəstəkləyici siyasətlərin, mühitin və ekosistemin mövcud olması şərtilə, istedadın və insanın rolu ən vacibdir”, - deyə nazir əlavə edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları