ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməsi istiqamətində fəaliyyətini daha geniş imkanlarla davam etdirməyə şərait yaradacaq.
Pirallahı Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni texnologiyaların hazırlanması və innovativ layihələrin həyata keçirilməsi üçün yaradılmış texnoloji inkişaf mühitidir. Park Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə yaradılıb və texnologiya əsaslı şirkətlərin fəaliyyətinin inkişafına, innovativ layihələrin reallaşdırılmasına, yeni texnoloji həllərin hazırlanmasına dəstək göstərir. Parkın əsas məqsədlərindən biri biliklərə əsaslanan iqtisadiyyatın inkişafına töhfə vermək, innovativ bizneslərin formalaşmasını təşviq etmək və yaradılan texnoloji məhsulların kommersiyalaşdırılması üçün əlverişli imkanlar yaratmaqdır.
Bu yanaşma ABB İnnovasiyanın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir. Şirkət innovativ ideyaların real məhsullara çevrilməsini, texnoloji həllərin inkişafını və yaradılan məhsulların kommersiyalaşdırılaraq bazara çıxarılmasını dəstəkləməyi hədəfləyir. Pirallahı
Yüksək Texnologiyalar Parkının rezidenti kimi ABB İnnovasiya bu istiqamətdə fəaliyyətini genişləndirərək yeni texnoloji və rəqəmsal məhsulların inkişafına, onların yerli və xarici bazarlarda təqdim olunmasına və tərəfdaşlıqların qurulmasına fokuslanacaq.
ABB İnnovasiya texnologiya ekosisteminin inkişafında yalnız məhsul istiqamətində deyil, həm də insan kapitalının formalaşdırılması və innovasiya mədəniyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün şirkətin rəsmi veb-saytını və sosial media hesablarını izləyə bilərsiniz.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları