Previous Next
Bağla

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!

17-09-2026 15:00
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal  bank elan edildi!

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən “Global Finance” jurnalı “Dünyanın ən yaxşı rəqəmsal bankları 2026” mükafatlarının qaliblərini elan edib.

ABB Azərbaycan üzrə “Ən yaxşı fərdi rəqəmsal bank” və “Ən innovativ fərdi rəqəmsal bank” mükafatlarına layiq görülüb. Xatırladaq ki, “Global Finance” jurnalı “Ölkə üzrə ilin ən yaxşı bankı” mükafatını da bu ilin mayında ABB-yə təqdim edib.

Bank bu yüksək mükafatları müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanaraq mütəmadi inkişaf etdirdiyi rahat, əlçatan, təhlükəsiz rəqəmsal bankçılıq alətlərinə, həmçinin süni intellekt həllərinə görə layiq görüb.

“Banklar süni intellektdən, avtomatlaşdırmadan və data analitikasından istifadə imkanlarını genişləndirdikcə, rəqəmsal bankçılıq maliyyə sektorunun ən mühüm prioritet istiqamətlərindən birinə çevrilir. Sürətə, fərdiləşdirilmiş xidmətlərə və qüsursuz rəqəmsal təcrübəyə artan tələblər bankları innovasiyalara sövq edir.

Bununla yanaşı, təhlükəsizliyin, dayanıqlılığın və tənzimləyici tələblərə uyğunluğun gücləndirilməsi də əsas diqqət mərkəzində qalır” - “Global Finance” jurnalının şərhində bildirilir.

Qeyd edilir ki, “Global Finance”ın “Dünyanın ən yaxşı rəqəmsal bankları 2026” siyahısında yer alan maliyyə institutları bütün dünyada rəqəmsal bankçılıq üçün yeni standartlar müəyyənləşdirən banklardır. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

“Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 195-ə yaxın ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

“Global Finance” ABB-ni yenidən ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!

04-05-2026
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib

“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib

13-05-2025
“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!

“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!

17-07-2026
ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

ABB sahibkarlığın maliyyələşdirilməsi üzrə ən yaxşı banklardandır

03-12-2025
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

21-07-2025
“İlin bankı” ABB olub

“İlin bankı” ABB olub

04-12-2025
“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

“The Banker” ABB-ni bu il də “İlin bankı” elan etdi!

13-12-2024
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!

10-02-2026
ABB insan kapitalının idarə olunması sahəsində daha 2  nüfuzlu beynəlxalq mükafat qazandı!

ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı!

19-08-2026
ABB ABA-nın 6 mükafatını qazanıb

ABB ABA-nın 6 mükafatını qazanıb

15-04-2025
ABB rəqəmsal bankçılıqda liderdir

ABB rəqəmsal bankçılıqda liderdir

18-02-2025
Ən çox bankçılıq mükafatını ABB qazanıb

Ən çox bankçılıq mükafatını ABB qazanıb

03-04-2026
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazanıb

06-03-2026
ABB-dən uşaqlar üçün yeni rəqəmsal  bankçılıq təcrübəsi

ABB-dən uşaqlar üçün yeni rəqəmsal bankçılıq təcrübəsi

20-07-2026
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı alıb

19-12-2025
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!

11-09-2026
ABB “Neftçilər”də yeni filial açıb

ABB “Neftçilər”də yeni filial açıb

26-11-2025
Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq  platformasında hesabla

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla

17-12-2024
ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!

25-11-2024
ABB SIBOS 2025 beynəlxalq konfransında!

ABB SIBOS 2025 beynəlxalq konfransında!

29-09-2025
Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

Bankçılıqda yeni dövr: bütün hesab məlumatları eyni tətbiqdə!

07-10-2025
ABB on nominasiyanın onunda da qalib oldu!

ABB on nominasiyanın onunda da qalib oldu!

06-03-2024
ABB “İlin əqdi” mükafatını qazanıb

ABB “İlin əqdi” mükafatını qazanıb

02-12-2025
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

07-08-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə