Previous Next
Bağla

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022 12:09
Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Hökumət buludu”na miqrasiya çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a service) bulud xidməti əldə edib.

Bu barədə Xeberler.az-a Nazirlikdən bildirilib. Məlumata görə, Komitə İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daha öncə “AzInTelecom” MMC-nin Bakı Data Mərkəzindən əldə etdiyi IaaS (İnfrastructure – as a service) bulud infrastrukturu xidmətinin həcmini genişləndirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət orqanlarının informasiya sistemlərinin “AzInTelecom” MMC-yə məxsus Data mərkəzlərinə miqrasiyası həyata keçirilir.

Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ANAMA informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

26-07-2023

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

10-03-2023

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023

Dövlət qurumlarının “Hökumət buludu”na keçidi sürətləndirilir

26-10-2022

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

17-08-2023

İTSDA informasiya sistemlərini "Hökumət buludu"na köçürüb

17-01-2023

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024

Daha bir qurum informasiya sistemlərini “Hökumət buludu”na köçürür

18-07-2023

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

16-04-2024

Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

23-05-2023

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022

Daha bir qurum informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

04-05-2023

“Azərbaycan Sənaye Korporasiyası” ASC İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09-08-2024

Agentlik informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

27-02-2024

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024

MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

06-11-2023

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025

Daha bir qurum İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

29-05-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə