Previous Next
Bağla

Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

16-04-2015 18:06
Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

Bu gün Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan Azərkosmosu Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan etdi.

Azərkosmos Birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına  çatdırılmasında mühüm rol oynayacaq.

 Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün, Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.

 Azərbaycan Respublikasının gənclər və idman naziri,  Bakı 2015-in baş icraçı direktoru cənab Azad Rəhimov bu əməkdaşlıq haqqında aşağıdakıları bildirib: “Azərkosmos Azərbaycanda böyük əhəmiyyəti olan,  rəğbətlə qarşılanan şirkətdir və  Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, Azərkosmos beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının dəyərli, güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur.”

 Azərkosmos Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir.

 Azərkosmos ASC-nin sədri cənab Rəşad Nəbiyev əməkdaşlıqla bağlı bunları bildirib: “Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir və biz bu cür mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. Azərkosmos ən son texnologiyadan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və Bakı 2015 Oyunların hazırlıq prosesi zamanı öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və biz birlikdə qalib komanda formalaşdıracağıq.”

 Azərkosmos Bakı 2015 Avropa Oyunlarının rəsmi dəstəkçiləri Azərsun Holdinq, Bazarstore, McDonald’s Azərbaycan, Milla, Motorola Solutions, NAZ, Nestle, Red Bull, Sitecore və Tickethourun arasında yer alır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərkosmos  Oyunlardakı  xidmətlərinə görə mükafatlandırılıb

Azərkosmos Oyunlardakı xidmətlərinə görə mükafatlandırılıb

02-07-2015
Azərkosmos Formula 1-də peyk yayım təchizatçısı olub

Azərkosmos Formula 1-də peyk yayım təchizatçısı olub

29-06-2017
Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015
“Seven Network” televiziya  kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015
Avropa Çempionatı Azerspace-1 üzərindən yayımlanıb

Avropa Çempionatı Azerspace-1 üzərindən yayımlanıb

19-07-2016
Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019
“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014
“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020
Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

Peykimizdən Oyunların keçirildiyi məkanların görüntüsü -Fotolar

25-06-2015
“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

12-01-2021
İran   Azərkosmos-un peyk xidmətlərindən istifadə etmək istəyir

İran Azərkosmos-un peyk xidmətlərindən istifadə etmək istəyir

09-08-2015
ABŞ-da Avropa Oyunlarının poçt markası hazırlanıb

ABŞ-da Avropa Oyunlarının poçt markası hazırlanıb

09-06-2015
Azərkosmos Tanzaniyada yayım xidmətləri göstərəcək

Azərkosmos Tanzaniyada yayım xidmətləri göstərəcək

24-12-2019
İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

İsrail şirkəti Afrika regionunda "Azerspace"in peyklərindən istifadə edəcək

18-03-2023
"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025
Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015
“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

25-04-2025
“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” “Viewmedia” şirkəti ilə əməkdaşlığa başlayıb

23-09-2020
İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

İTV Azərbaycanda Olimpiya Oyunlarının eksklüziv yayım hüququna sahib çıxıb

10-09-2009
“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015
Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

Avropa İttifaqı Şurasının Prezidenti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub

19-07-2021
Azərkosmos-un stendi mükafata layiq görülüb

Azərkosmos-un stendi mükafata layiq görülüb

05-12-2015
Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026
“Bakı 2015” ilə bağlı paylaşımlar  İnstagram-da  rekord həddə çatdı

“Bakı 2015” ilə bağlı paylaşımlar İnstagram-da rekord həddə çatdı

15-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə