Previous Next
Bağla

Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

30-06-2015 14:02
Avropa Oyunlarının İKT təminatına görə nazirə təşəkkür

BAOƏK Oyunların  telekommunikasiya xidmətləri ilə yüksək  təchiz edilməsinə görə RYTN-ə təşəkkür edib.

Xeberler.az-ın məlumatına görə, bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rabitə birlik və müəssisələrinin rəhbərlərinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Komitənin digər məsul işçilərinin iştirakı ilə  I Avropa Oyunlarının başa çatması münasibəti ilə tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunlarının uğurla keçirilməsində telekommunikasiya, radio-televiziya, İnternet, radiotezliklər və digər rabitə xidmətlərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək Oyunlar keçirilən dövrdə qeyd edilən bütün rabitə xidmətlərinin lazımi səviyyədə fəaliyyət göstərdiyini qeyd edib.

Nazir I Avropa Oyunlarında idmançılarımızın qazandığı uğurlar, Oyunların möhtəşəm Açılış-Bağlanış mərasimlərinin dünya ölkələrinə və respublikaya yüksək keyfiyyətlə fasiləsiz yayımının təşkilində Beynəlxalq İdman Yayım Şirkəti ilə yanaşı, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin, Azərkosmos ASC-nin və Məlumat Hesablaşma Mərkəzinin də xüsusi rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən BAOƏK-nin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarının telekommunikasiya, İnternet, yayım xidmətləri, informasiya təhlükəsizliyi ilə təminatında və tezliklərlə təchizatında RYTN-in birlik və müəssisələrinin rolunu xüsusi qeyd edərək nazirə təşəkkürünü bildirib.

Tədbirdə Oyunların keçirildiyi dövrdə RYTN-in aidiyyəti birlik və müəssisələrinin mütəxəssislərinin  BAOƏK-in Texniki Əməliyyat Mərkəzində Komitənin digər əməkdaşları ilə birgə səmərəli fəaliyyət göstərdiyi qeyd edilərək  telekommunikasiya xidmətləri, televiziya yayımı, informasiya təhlükəsizliyi lazımi səviyyədə təşkil edildiyi üçün BAOƏK-in əməkdaşlarına xüsusi minnətdarlıq edilib.

I Avropa Oyunlarının uğurla keçirildiyi nəzərə alınaraq, Oyunların telekommunikasiya, yayım xidmətləri, radiotezliklərin təchizatı, eləcə də informasiya təhlükəsizliyi ilə təminatı istiqamətində fəaliyyət göstərmiş bir sıra dövlət və özəl rabitə müəssisələri, BAOƏK-in və RYTN-in aidiyyəti rəhbər işçiləri və mütəxəssisləri nazirliyin fəxri fərmanları ilə təltif edilib.

Nazir yekun çıxışında BAOƏK rəhbərliyinə bir daha minnətdarlıq edib və gələcəkdə də belə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün RYTN-in böyük potensialından səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.

 

Məltəm Talıbzadə 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

I Avropa Oyunlarına hazırlıqla bağlı RYTN-də iclas keçirilib

29-05-2015

İlk Avropa Oyunlarının texnoloji infrastrukturu necə olacaq?

05-06-2015

“Seven Network” televiziya kanalı ilk Avropa Oyunlarının son yayım tərəfdaşı oldu

14-04-2015

“Bakı 2015 - I Avropa Oyunları”na hazırlıq üzrə RYTN-də Rəhbər Komitənin iclası keçirilib

29-04-2014

Avropa Oyunlarında BULUD texnologiyalarından istifadə edilib

12-06-2015

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı qərargah yaradılıb

31-10-2015

Əli Abbasov: “Bakı 2015-ə tam hazırıq”

16-05-2015

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015

Azərkosmos Oyunlardakı xidmətlərinə görə mükafatlandırılıb

02-07-2015

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

06-10-2015

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015

Ötən həftənin İKT gündəmi nə ilə yadda qaldı?

06-07-2015

Media kəndində və arenalarda texnoloji təminat necədir ?

19-06-2015

“TransEvroKom” Avropa Oyunlarının telekommunikasiya təminatında iştirak edir

12-06-2015

İslam Oyunlarında texnologiyalardan necə istifadə olunacaq?

28-04-2017

Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

16-04-2015

RYTN Formula 1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

17-06-2016

“Yarışların sonuna qədər yüksək telekommunikasiya xidməti göstəriləcək”

23-06-2015

Oyunların telekommunikasiya və İnternet təminatı necə olacaq ?

10-06-2015

Nazirlik Bakcell-i fəxri fərmanla təltif etdi

07-07-2015

Oyunların kibertəhlükəsizliyinə ciddi nəzarət olunur

16-06-2015

Bayramda əhali telekommunikasiya, İnternetlə yüksək səviyyədə təmin ediləcək

15-07-2015

Avropa oyunları ilə bağlı xüsusi markalar dövriyyəyə buraxıldı

23-04-2015

“10 minə yaxın abunəçiyə rabitə və internet xidməti göstəririk” - Müsahibə

27-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə