Bu ilin yanvar-fevral aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 45 ölkəyə 3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın mart buraxılışında bildirilir.
Sənədə əsasən, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 ölkə çox və 0,6 milyon ABŞ dolları (16,7 %) azdır.
2 ay ərzində “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 %-ni təşkil edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk 5-liyində isə 886,1 min ABŞ dolları ilə Böyük Britaniya, 650,3 min ABŞ dolları ilə Lüksemburq, 219,1 min ABŞ dolları ilə BƏƏ, 139,1 min ABŞ dolları ilə Pakistan və 135,4 min ABŞ dolları ilə Almaniya qərarlaşıb.
Təkcə fevralda isə “Azərkosmos” 41 ölkəyə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.(Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri