İran hakimiyyəti dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulmuş qadağanı aradan qaldırıb.
Xeberler.az bildirir ki, bu barədə İran İslam Respublikası hökumətinin nümayəndəsi Fatimə Mohacərani məlumat verib.
"Son bir neçə gün ərzində qəbul etdiyimiz və informasiya müharibəsində daha güclü mövqe tutmağımıza kömək edən qərarlardan biri dövlət qurumlarının xarici messencerlərdə fəaliyyətinə qoyulmuş qadağanın ləğv edilməsidir", - deyə o, mətbuat konfransında bildirib.
Mohacərani vurğulayıb ki, bu, dövlət qurumlarında xarici messencerlər vasitəsilə xidməti yazışmaların aparılacağı anlamına gəlmir: "Çünki əvvəllər bəzi sənədlər həqiqətən də bəzən xarici messencerlərə sızırdı".
Onun sözlərinə görə, bu addımın əsas məqsədi "ortaya çıxan şübhələrə və yayılan saxta məlumatlara operativ reaksiya vermək, həmçinin İrana qarşı aparılan psixoloji əməliyyatlara və informasiya müharibəsinə effektiv şəkildə qarşı çıxmaq imkanını təmin etməkdir".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları