Mart ayının 20-dən 29-nə qədər Novruz bayramı münasibətilə respublikada bayram günləri kimi təsdiq edilib. Qeyri iş günlərinə baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin tabeliyində olan poçt şöbələri növbəli iş rejimində işləyərək əhaliyə bütün növ poçt rabitəsi xidmətləri göstərəcəklər.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata əsasən vətəndaşlar, heç bir narahatlıq olmadan, hər zaman olduğu kimi bütün poçt xidmətlərindən istifadə edə, o cümlədən məktub, bağlama, pul və s. göndərə, müxtəlif kommunal xidmətlər haqqını ödəyə biləcək.
Bundan əlavə Novruz bayramı ərəfəsində Xızı rayonu Giləzi kəndində bir və Neftçala rayon mərkəzində iki poçt şöbələrinin yeni binaları əhalinin istifadəsinə veriləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri