Previous Next
Bağla

Azərbaycanın dövlət poçt rabitəsi operatorları "Western Union"a qoşulacaqlar

17-02-2011 01:42
 Azərbaycanın dövlət poçt rabitəsi operatorları "Western Union"a qoşulacaqlar

Azərbaycan poçt rabitəsi operatoru  \\\"Azərpoçt\\\" MMC 70 poçt filialını \\\"Western Union\\\" pul köçürmələri sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri, Regional Poçt Rabitəsi təşkilatında Poçt rabitəsi üzrə komissiyanın sədri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, martın 20-dək \\\"Azərpoçt\\\"un daha 100 poçt şöbəsi sistemə qoşulacaq.

Məmmədov bildirib ki, \\\"Western Union\\\" sisteminə qoşulmaqla yanaşı Azərbaycan STEFI (Secured Transfer of Electronic Financial Information) pul köçürmələri sistemini də sınaqdan keçirir.

Onun sözlərinə görə, Azərbaycan regionda və MDB məkanında STEFI sistemini tətbiq edən və sınaqdan keçirən ilk ölkədir. Bu gün sistem Ukrayna istiqamətində sınaq istismarındadır.

O, bildirib ki, hazırda Dünya Bankı ilə birgə reallaşdırılan \\\"Maliyyə xidmətlərinin inkişafı\\\" layihəsi çərçivəsində operatorun korporativ sisteminə \\\"Azərpoçt\\\"un 700 filial və şöbəsi qoşulub.

\\\"Azərpoçt\\\" MMC əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə 2010-cu ilin ortalarından başlayıb. Operatora yeddi maliyyə xidmətindən beşi üzrə xidmət göstərilməsinə icazəsi verilib. Onlara poçt hesablarının açılması və idarə edilməsi, pulköçürmə, debit kartların emissiyası, müştərinin sifarişi üzrə valyutanın alış-satışı ilə bağlı əməliyyatlar aiddir. Bu il daha iki xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyası məsələsinə baxılacaq.

Operator bank xidmətlərini avtomatlaşdırılmış korporativ-informasiya sistemi vasitəsilə göstərir.

Azərbaycanın bank sisteminə daxil olmaqla, \\\"Azərpoçt\\\" bank bazarının oyunçularına ciddi rəqabət təşkil edəcək. Bu gün Azərbaycanın bank bazarında 44 bank fəaliyyət göstərir. Onların filiallarının ümumi sayı 644-dən çoxdur, halbuki \\\"Azərpoçt\\\"un poçt şöbələrinin sayı 1600-ü ötür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010

«Azərpoçt» kompüter avadanlığının alınması üzrə tender keçirir

27-02-2009

“Azərpoçt” korporativ informasiya şəbəkəsinin tətbiqini başa çatdıracaq

31-03-2009

Özbəkistan və Tacikistanla MTF/STEFI sistemi üzrə poçt pul köçürmələrinə başlanılacaq

30-05-2009

Azərpoçt üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin tətbiqi başa çatdırılıb

13-10-2009

Bu gün poçt işçilərinin peşə bayramıdır

09-10-2009

Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin ilk sınaqları uğurla keçib

30-11-2008

«Azərpoçt» bölgələrdə yeni poçt şöbələri açır

06-05-2009

“Azərpoçt”da Ümumdünya Poçt İttifaqının yaradılmasının 135 illiyinə həsr edilmiş tədbir keçirilib

09-10-2009

“Azərpoçt” bu il yeni idarəetmə modulları istifadəyə verəcək

06-01-2009

Regionlarda maliyyə və bank xidmətləri inkişaf etdirilir

16-12-2008

Poçt filialları avtomatlaşdırılmış korporativ informasiya sisteminə qoşulur

17-02-2009

Azərbaycanda poçt tarifləri artırılır?

01-12-2010

Azərbaycanın poçt sektorunda «Maliyyə xidmətlərinin inkişafı» layihəsinin başa çatması ilə bağlı tədbir keçiriləcək

01-12-2010

Mərkəzi Banka Azerpoçta lisenziya verdi

06-07-2010

Poçt şöbələri bank xidmətlərinin göstərilməsi üçün lisenziya alacaqlar

07-09-2009

“Azərpoçt” yeni poçt obyektlərini istifadəyə verəcək

01-10-2009

Bu ilin sonunadək Azərbaycanın bölgələrində yeni poçt şöbələri açılacaq

21-12-2010

Samux rayonunda yeni poçt şöbəsi açılacaq

07-03-2011

“Azərpoçt” bayramda da işləyəcək

16-03-2011

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011

Azərbaycan İstanbulda keçirilən Poçt Tənzimləyicilərinin Avropa Komitəsinin iclasında iştirak edir

26-11-2010

“Azərpoçt” bayram günlərində fasiləsiz xidmət göstərəcək

19-03-2009

Poçt şöbələri əhaliyə bank və maliyyə xidmətləri də göstərəcək

12-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə