18 may tarixində SOCAR-ın "Azneft" İstehsalat Birliyinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) iştirakı ilə birliyin əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib.
Xeberler.az bildirir ki, “Onlayn mühitdə təhlükəsizlik” mövzusuna həsr olunan təlimin məqsədi əməkdaşların kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması, rəqəmsal risklər və onlardan qorunma üsulları barədə biliklərinin gücləndirilməsi olub.
Tədbir zamanı ETX-nin əməkdaşı tərəfindən müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, həmçinin internetdən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat təqdim edilib.
İnteraktiv formada təşkil olunan sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və müxtəlif risklərdən qorunma yolları izah olunub. Təlimin əvvəlində və sonunda keçirilən testlər vasitəsilə iştirakçıların bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, bu kimi maarifləndirici təşəbbüslər əməkdaşların kibertəhlükəsizlik sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət edir.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları