Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasının 8.8.1.1-ci yarımbəndinə əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən əhalinin kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması istiqamətində maarifləndirmə tədbirləri davam edir.
Xeberler.az məlumat verir ki, tədbirlər çərçivəsində kibertəhdidlər, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, fişinq və sosial mühəndislik hücumlarından müdafiə yolları barədə məlumatlar vətəndaşlara çatdırılır.
Maarifləndirmə tədbirləri Bakı Metropoliteni, smart dayanacaqlar, “ASAN xidmət”, “ASAN kommunal”, Heydər Əliyev Beynəlxalq Aeroportu, “AccessBank”, “Azərpoçt” filialları, DOST Mərkəzləri və Azərbaycan Dəmir Yolları daxil olmaqla ümumilikdə 133 müxtəlif məkan və xidmət nöqtəsində həyata keçirilir.
Bununla yanaşı, “SİMA İmza” və “myGov” platformaları vasitəsilə 5 milyondan çox istifadəçiyə kibertəhlükəsizliklə bağlı maarifləndirici bildirişlər göndərilir.
MKA rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və kibertəhlükələr barədə məlumatlılığın artırılması istiqamətində maarifləndirmə fəaliyyətlərini geniş miqyasda davam etdirəcək.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları