Previous Next
Bağla

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

23-10-2020 18:08
Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

Xeberler.az bildirir ki, Bakcell şirkəti özünün yüksək keyfiyyətli və ən sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş torpaqlarımıza doğru genişləndirəcək.

Torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca Bakcell böyük qürur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək. Müvafiq dövlət qurumları ilə razılaşdırılmaqla Bakcell işğaldan azad olunmuş ərazilərdə dayanıqlı mobil rabitə infrastrukturunun qurulmasına başlayacaq.

Bu günlərdə Bakcell cəbhəyanı zonalar daxil olmaqla bütün olkə ərazisində yüksək keyfiyyətli mobil rabitəni təmin etmək üçün şəbəkənin optimallaşdırılmasını və 24 saat ərzində nəzarət işlərini həyata keçirir. Hazırda cəbhəyanı ərazilərdə fəaliyyət göstərən səyyar baza stansiyaları sayəsində Bakcell burada kəsintiz mobil rabitə xidməti göstərir.

Bütün sahələrdə Ordumuza və xalqımıza dəstək olan Bakcell şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 500 min manat məbləğində vəsait köçürüb, digər sosial məsuliyyət layihələrinin icrasına başlayıb.

Xatırladaq ki, 2017-ci ildə Şirkət Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə yeni baza stansiyası qurulub. Daha sonra Bakcell şirkəti Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif hazırlayıb.

Rəşadətli Ordumuzun zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell-dən 1 il pulsuz danışıq-Xüsusi tarif

01-08-2017

“Bakcell cəbhə bölgəsində xüsusi güzəştlər edəcək”

05-05-2017

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

02-10-2020

Bakcell Qarabağda 101-ci baza stansiyasını istifadəyə verib

14-11-2022

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

12-10-2021

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq Şuşa şəhərinə qədər genişləndirib

10-06-2021

Bakcell şəbəkəsinin Qarabağda genişlənməsi üçün 23 milyon manat investisiya qoyulacaq

04-03-2022

“Nar” işğaldan azad edilmiş ərazilərdə şəbəkəsini genişləndirməyə davam edir

10-06-2021

Qarabağda çəkilən kadrlar “Bakcell”in yeni reklamına aiddir

15-11-2021

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə

24-10-2020

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

14-10-2009

"Bakcell"in əməkdaşları erməni silahlıları tərəfindən atəşə tutulub

30-12-2021

“Azercell” azad olunmuş ərazilərdə şəbəkəsini genişləndirir

09-08-2021

Bakcell şəbəkəsinin əhatə dairəsi genişləndirilib

24-07-2019

Azercell azad olunmuş ərazilərdə LTE radio baza stansiyaları quraşdırır

23-10-2020

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

14-09-2021

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

24-01-2024

Bakcell ölkə ərazisində mobil rabitə xidmətinin dayanıqlığını təmin edib

04-07-2018

Qarabağda “Zəfər”, ŞAKİR və “Şuşa” mobil stansiyaları qurulub

08-12-2020

Bakcell 3 il ərzində Azərbaycana 226 milyon manat həcmində sərmayə yatırıb

29-12-2021

Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndidə

01-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə