Previous Next
Bağla

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

14-09-2021 12:38
Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS-lə ianə etmək imkanı yaradılıb

Bakcell abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə dəstək göstərmək istəyən abunəçilər öz mobil telefonlarından “8112” qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla SMS göndərərək müvafiq olaraq, 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN məbləğində ianə edə bilərlər. Bakcell nömrələrindən SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur!

Xatırladaq ki, bu ilin əvvəlində Bakcell şirkəti Qarabağ Dirçəliş Fonduna 1.4 milyon manat məbləğində vəsait köçürüb. Bakcell şirkətinin də daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər tərəfindən bu fonda ümumilikdə ianə edilmiş məbləğ 2 milyon AZN təşkil edib.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. (https://qdf.gov.az/)

Qarabağ Dirçəliş Fonduna digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: (https://qdf.gov.az/iane-et/)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Artıq “Nar” abunəçiləri “Qarabag Dirçəliş Fondu”na ianə edə bilərlər

14-09-2021

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

"Azercell" abunəçiləri üçün Qarabağ Dirçəliş Fonduna birbaşa ianə imkanı yaradılıb

17-09-2021

Bakcell Qarabağ Dirçəliş Fondunun “Qızıl” İanə sertifikatı ilə təltif edilib

12-10-2021

“YAŞAT" Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

08-01-2021

Qarabağ Dirçəliş Fondu KarabakhChallenge kampaniyasına start verib

23-09-2021

“Bakcell” Silahlı Qüvvələrə növbəti dəfə ianə edib

05-10-2020

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

19-03-2021

“Bakcell”dən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstək

02-10-2020

"Azercell" Ağdamda keçirilən ilk beynəlxalq elmi-praktik konfransı internet xidmətləri ilə təmin edib

20-09-2021

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

Bakcell Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib

23-03-2020

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

09-02-2023

Bakcell yeni ödəmə kartlarını təqdim edir

18-08-2015

"Bakcell" parkinq ödənişlərini sürətli etdi

30-08-2023

ABB-nin on minlərlə müştərisi YAŞAT Fonduna ianə etdi

21-11-2024

Bakcell abunəçiləri üçün daha bir yenilik edib

22-09-2016

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

06-02-2024

Bakcell Gold abunəçilər üçün rominq kampaniyasını təqdim edir

14-07-2015

Bakcell Ödəmə Terminallarını quraşdırdı

25-08-2010

Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb

13-01-2026

Bakcell Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

23-10-2020

Bakcell və Visa tərəfdaşlığa başlayır

26-11-2025

Qarabağda "yaşıl" texnologiya və enerji səmərəliliyinə əməl edilməsi monitorinq olunacaq

23-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə