Bakcell abunəçilərinə yeni rəqəmsal xidmət təqdim edir. Bakcell tətbiqində istifadəyə verilən "Bakcell Games" bölməsi vasitəsilə oyunlar oynayaraq AirPods və hədiyyə internet qazanmaq mümkündür.
Belə ki, yeni "Bakcell Games" bölməsində istifadəçilər "Topla & Qazan", "Hədiyyəli Marafon" və "Şans Kartları" kimi maraqlı oyunlarda iştirak edirlər. Bu xidmət çərçivəsində istifadəçilər ilk 7 gün ərzində "Bakcell Games"dən ödənişsiz yararlana bilirlər. Oyunlarda əldə etdikləri nəticələr hesabına xallar toplayır, AirPods və hər gün 1 GB hədiyyə internet qazanmaq şansı əldə edirlər. Abunə haqqı 1.99 AZN təşkil edir və abunəçilərə avtomatik olaraq hər ay 1 GB hədiyyə internet təqdim olunur. Ümumilikdə abunəçilər hər ay 6 GB-dək hədiyyə internet əldə edə bilərlər.
"Bakcell Games" oyun təcrübəsi ilə faydanı bir araya gətirən yeni rəqəmsal imkan təqdim edir. Xidmət istifadəçilərə həm maraqlı vaxt keçirmək, həm də AirPods və hədiyyə internet qazanmaq imkanı yaradır.
"Bakcell Games"ə qoşulma qaydaları barədə ətraflı məlumatı Bakcell tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları