SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” və “Dərbəndqala - BHOS” komandaları “TEKNOFEST-2024”də I və II yeri qazanıb.
Xeberler.az bildirir ki, komandalar Adana şəhərində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb.
“BHOSWARE” komandasının elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay
Əhmədovdur. Komandamız 150,000 TL dəyərində pul mükafatına layiq görülüb.
Eləcə də “Dərbəndqala - BHOS” komandasının elmi rəhbəri Ali Məktəbin İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Emiliya Əhmədova, üzvləri isə Proseslərin avtomatlaşdırılması ixtisasının 4-cü kurs tələbələri Zahid Abdullayev, Rəna İsayevə, Rəvan Xıdırov və Biznesin idarə edilməsi ixtisasının 4-cü kurs tələbəsi Murad Əliyevdir.
“Dərbəndqala - BHOS” komandası öz kateqoriyası finala vəsiqə qazanmış yeganə xarici komanda olub. Komanda 50,000 TL dəyərində pul mükafatına layiq görülüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri