Previous Next
Bağla

Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

09-12-2022 13:41
Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Xeberler.az bildirir ki, Dövlət Xidmətinə daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb.

İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti “haqsız rəqabətə” görə iş qaldırdı

14-05-2022

Azercell-in fəaliyyətində problem yaranıb

29-11-2015

8 provayder müraciət etdi-"Aztelekom" və "BakıTelekom" haqqında iş qaldırıldı

10-02-2023

“Azercell Telekom” profilaktik işlər həyata keçirir

01-09-2009

Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

05-08-2022

Mobil telefon cihazları bazarında araşdırmalar davam etdirilir

21-06-2022

“ABC-TELECOM” MMC ilə bağlı qərar qəbul olunub

07-06-2022

"Azercell" abunəçilərinə xəbərdarlıq edib

17-08-2021

Dövlət Xidməti mobil telefon cihazları bazarında araşdırmalar aparır

07-04-2022

Mobil telefon cihazları bazarında fəaliyyət göstərən şirkətlərlə əlaqədar qərar qəbul olunub

07-07-2022

Azercell Telecom SMS tariflərini 2 dəfə artırır

11-01-2019

“Azercell” yenidən abunəçilərinə xəbərdarlıq edib

25-08-2021

“Azercell Telekom” -un fəaliyyətində problemlər yaranacaq

26-08-2009

"Azercell"ə audiovizual media fəaliyyəti üçün lisenziya verilib

09-01-2026

“Azercell” Sim Sim abonentlərinə yeni kampaniya təqdim edir

12-02-2009

“Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiasına baxılıb

26-08-2009

“Azercell Telekom” insan alverinə qarşı beynəlxalq foruma qatılıb

15-12-2010

Azercell bədbəxt hadisə ilə bağlı açıqlama yaydı

29-03-2018

Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı

28-01-2019

“Azercell” daha bir rouminq müqaviləsi imzaladı

27-01-2009

Azercell Telekom profilaktik işlər həyata keçirir

02-10-2009

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Azercell Telekom profilaktik işlər həyata keçirir

15-09-2009

“Azercell” daha bir MMS rouminq xidmətini istifadəyə verdi

06-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə